Rusiyanın məşrutədəki vəkil ünsürləri


«Rusiyanı tam hərəkətsizliyə məhkum edən bu müqavilə yalnız, hakimiyyətdəki şahın təbəələrinin gözündə nüfuzdan düşməsi və İranda anarxiyanın yaranmasına səbəbkar inqilabi ünsürlərin təşviqi ilə nəticələndi. Bunun nəticəsində, yeri gəlmişkən, son dərəcə orijinal, görünməmiş bir vəziyyət yarandı. Rus hökumətinin İngiltərəni razı salmaq üçün qonşuluğumuzdakı İranda işlərin gedişatına təsir etməkdən ehtiyatlı şəkildə çəkindiyi bir vaxtda, 1909-cu ilin yanvarında Gilanda ortaya çıxan, əsasən ermənilər olan, bir ovuc Qafqaz anarxisti bu əyalətdə fəth edilmiş ölkədə imişcəsinə hökmranlıq etməyə başladı. Onlar yerli valiyə ölüm hökmü oxudular və yerinə yetirdilər, niyyətlərinə alışmaqda tərəddüd etməyən Sipahdarın simasında özlərinə başçı seçdilər və konsulluq agentlərimizin gözü qarşısında Tehrana yürüş etmək üçün dəstə qurdular. Bu dəstə əvvəlcə Qəzvini ələ keçirdi və daha sonra inqilabçılar tərəfindən İranın paytaxtını tutmada fəal iştirak etdi, bundan sonra şah taxtdan imtina etmək məcburiyyətində qaldı.»

 

Зиновьев И.А., Россия, Англия и Персия. — Санкт-Петербург, 1912, səh. 172-173.

 

 


Comments