Bizans kilsəsinin Osmanlı idarəçiliyindəki rolu


«17-ci yüz illikdən başlayaraq Konstantinopol Pravoslav Kilsəsi kilsə vəzifələri ilə yanaşı, imperiyanın xarici əlaqələrinə nəzarət edən Bab-i Ali baş tərcüməçiliyi və donanma tərcüməçiliyi vəzifələrini inhisarına aldı. Ancaq pravoslav idarəçi sinfinin, imperiyanın cilovunu tamamilə əllərinə keçirmə xülyalarını görmələrinə səbəb olacaq güc, rumın əyalətlərinin təhvil verilməsi ilə onlara ötürülmüşdü. Ələ keçirilməsi və boyun əydirilməsi çox çətin olan bu əyalətlər, ələ keçirildikəri zaman belə bəylərini və muxtariyyətlərini qoruyurdular. Moldova knyazı Böyük Ştefan (1457-1504) güclü bir müstəqil dövlət qurmuş və 1471-də Valaxiya bəyini özünə tabe etmişdi. Ancaq 1503-də II Bəyazidin hökmdarlığını (suzerenliyini) qəbul etmək məcburiyyətində qalmışdı. Bu tarixdə hər iki bəylik də İstanbul vassalı olmuşdu. 1538-də Moldova bəyi yenidən müstəqil olmağa çabaladıqda I Süleyman bəyliyin muxtariyyətini məhdudlaşdıraraq rumın boyarlar tərəfindən seçilən bəyin sultan tərəfindən təsdiqlənməsi gərəyini gətirmişdir. Son olaraq, Osmanlıların lehinə bitən 1710-11 Osmanlı-Rusiya savaşı sonrasında, rusların tərəfini tutmuş olan hər iki rumın bəyi qeyd-şərtsiz xaric ediləcəkdi. İdarəçi sinfin içindəki yunan ünsürə güvənini bildirən sultan, hər iki ölkənin tacını da; 1821-dəki yunan üsyanınadək Rumıniyanı yüz ildən daha artıq idarə edəcək, yunan dil və mədəniyyətini buralarda mənimsədəcək və atadan oğula keçəcək bir aristokratiya təşkil edəcək olan Konstantiniyyəli ailələrə bəxş edəcəkdi.»

 

 

Dimitri Kitsikis, Türk-Yunan İmparatorluğu. Arabölge gerçeği ışığında Osmanlı Tarihine bakış – İstanbul, İletişim Yayınları, 1996. (The Turkish-Greek Empire. An inquiry into Ottoman History through the prism of the Intermediate Region), səh. 106-107.

Comments