Bizans sərmayəsi niyə Osmanlı imperiyasını qurdu? Osmanlının yüz illər boyu şərqdəki türklərə qarşı savaşlarının səbəbi


«Bizans imperiyasının franklar tərəfindən istismar edilməsi, I Aleksis Komnenosun bir “hrysobulos” (imperator buyruğu) daxilində venesiyalılara, Bizans burjuaziyasının məhvinə yol açacaq ölçüsüz ticari müstəsnalıqları bəxş etdiyi 1082 tarixində başlamışdır. Yunanlar artıq nə quruda yol ala bilir, nə də dənizdə üzə bilirdilər. Bütün ticari mənfəət, Bizans polislərinin qəlbində diplomatik toxunulmazlıq haqqı ilə qurulmuş davamlı koloniyalar vasitəsilə xarici tacirlərə və xüsusən də Venesiya və genuyalılara axmaqda idi. Yəni Bizans burjuaziyası baxımından da Osmanlı fəthi bir qurtuluş olmuşdu. Sultan, Bizansdakı latın tacirlərin yararlandıqları gömrük imtiyazı haqqını ləğv etmişdi. Onları, imperiya təbəəsi tacirlərin ödəməyə məcbur olduğundan daha yüksək bir vergi tətbiqinə məruz qoymuşdu. Zaman içində, Osmanlı gölü halına gələn Qara dəniz və Egey dənizindən qovulan italyanların yerini, 18-ci yüz illikdəki yunan burjua gücünün əcdadı olan və kiçik yunan gəmilərindən ibarət ticarət donanması alacaqdı. Bu gəmiləri inşa edən və imperiyanın savaş donanmasına kütlələr halında qatılan yunan adalarının xalqı da bu sayədə böyük dənizçilik təcrübəsi əldə edəcəkdi. Egeyi 1546-da qət edən Manslı Pierre Belon (Pierre Belon du Mans) yunan adalarının pax ottomanica sayəsində yaşadıqları güvənlik duyğusundan bəhs etmişdir. Adalılar, bölgənin tarixdə ilk dəfə bu qədər yaxşı işlənmiş, varlı və çoxsaylı olmağı üzərində birləşirdilər.

Eyni şəkildə, Balkanlardakı quru ticarəti də sultanın Osmanlı torpaqları üzərində yadelli ticarətə qoyduğu yasaq sayəsində yerli tacirlərin lehində inkişaf etmişdi. İstanbulun əhalisini yenidən artırmaq və şəhərə əski zənginlik və görkəmini qazandırmaq üzrə çeşidli tədbirlər almışdı. Çöllərə sığınmış olan böyük Bizans ailələri paytaxta geri dönmələri yolunda təşviq edilmişdi. Qənimətin özünə düşən payını təşkil edən məhkumları azad edən Fateh, bunları Fənər səmtinə yerləşdirmiş, hətta bir müddət bütün vergilərdən azad belə etmişdi. Əyalət valilərinə, paytaxta Rumeli və Anadoludan 4.000 ailə göndərmələrini əmr etmiş, bunlara İstanbuldakı tərk edilmiş evlərin təxsis ediləcəyini elan etmişdi. Müsəlman olmaları gərəkli olmayan bu ailələr mümkün qədər maddi vəziyyəti yaxşı olan tacir ya da sənətkarlar arasından seçilmişdi. Ardınca Fateh, İstanbulun çeşidli məhəllələrinə yerləşdirəcəyi xristian tacir və sənətkarları Qara dəniz sahilindəki Amasradan (1459), Foça (1460), Trabzon (1461), Korintos (1458), Arqos (1463), Qaraman (1470), Əyriboz adası (1473) və Krımdakı Kəfədən (1475) gətirəcəkdi.»


Dimitri Kitsikis, Türk-Yunan İmparatorluğu. Arabölge gerçeği ışığında Osmanlı Tarihine bakış – İstanbul, İletişim Yayınları, 1996. (The Turkish-Greek Empire. An inquiry into Ottoman History through the prism of the Intermediate Region), səh. 111-113.

Comments