Dövlət-i Qızılbaşın Yəməndə fəaliyyəti



Qızılbaş dövləti dövrünün qlobal güclərindən idi. Onun təsir sahəsi Hindistandan Anadolu içlərinə, Türküstandan Yəmənə, Qafqazdan Krımacan geniş coğrafiyanı tuturdu. 1543-cü ildə ölkəsindən qovulan Hindistan hökmdarı Hümayun şah Qızılbaş ölkəsinə sığınır, Şah Təhmasib onu qızılbaş tacı ilə şərəfləndirir və taxtını geri qaytara bilməsi üçün ona qoşun verir və nəhayətində qızılbaşların qılıncı ilə taxtına otura bilir. 1559-cu ildə Osmanlı şahzadəsi Bəyazid də Azərbaycana sığınır. Qalina Udalovanın kitabından götürülən aşağıdakı alıntı isə Şah Təhmasib dövrü Qızılbaş dövlətinin fəal xarici siyasətinin Yəməni də əhatə etdiyini göstərir. Hadisələr 1567-ci ildə baş verir:

«Bu zaman Yəməndə yaranmış siyasi vəziyyət zeydi imamının xeyrinə idi. Bütün Yəmən qaynayırdı. Cizanda İsa bin əl-Mehdinin rəhbərliyi altında hərəkatlar davam edirdi. Mütəhhərə Qazı Əhmədin başçılıq etdiyi İbb və Ciblənin tayfaları kömək etməyə hazır idilər. Mütəhhər Fars körfəzi ölkələrində və Səfəvi İranında dəstəyi təmin etdi. O, güney İraq üsyançılarının lideri (bir vaxtlar Yəmən zeydilərinin sığınacaq verdiyi) Ulayan-oğlu ilə Anti-Osmanlı üsyanlarının eyni vaxtda başlaması barəsində razılığa gəldi.» 

Удалова Г.М., Йемен в период первого османского завоевания, 1538-1635. — М.: "Наука". Главная редакция восточной литературы, 1988, səh. 124.

Comments