Eston ədəbiyyatı örnəyində toplum mühəndisliyi



«19-cu yüz illiyin ortalarınacan estonların öz milli ədəbiyyatı yox idi. Alman səlibçi cəngavərlərinin 13-cü yüz illiyin başlanğıcında Baltikə soxulması estonları mənəvi həyat üçün təməl şərtlərdən məhrum etdi.

Eston bədii incəsənəti 19-cu yüz illiyin ortalarınadək yalnız şifahi şəkildə mövcud idi, onun inkişafı isə alman keşişləri və mülkədarları tərəfindən amansızca təqib olunurdu.

Eston dilində nəşriyyat artıq 1535-ci ildə yaranmışdı, ancaq o, feodal hakimlərin maraqlarına xidmət edirdi. Estonlar üçün kitabları, sadə adamları itaətkarlıq, milli güclərə inamsızlıq və həmçinin tabeçilik ruhunda tərbiyə etmək üçün alman keşişləri və onlara nökərlik edənlər yaradırdılar. Özümlü eston sözü kəndçi ruhunun eybəcər təzahürü kimi çap səhifələrindən rədd edilirdi.»


Библиотека всемирной литературы. Том 14. Героический эпос народов СССР. Том 2. — Москва: Художественная литература, 1975. Səh. 572.


Comments