- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
«Başlanğıcdan etibarən Osmanlı imperiyası, çoxmillətli Osmanlı oykumenası üzərində, milliyətçiliyin yüksəlişi ilə birlikdə iki xalqın – türklər və yunanlar – ortaq hakimiyyətinə yuvarlanan, iki dinə söykənən, ikili-hökmranlıq quruluşuna sahib olmuşdu. İmperiyanın xalqları böyük çoxluqla iki millətə – ortodoks xristian və sünni müsəlman – ayrılmışdılar. Ərəb ölkələrinin fəth edildiyi 1517-dək, yəni imperiyanın yüksəldiyi dönəmin çoxu boyunca, say çoxluğu ortodoks xristian millətinə aid idi. Bu tarixdən sonra – yəni həm altun çağ, həm də geriləmə dönəminin bütünü boyunca – sünni milləti çoxluğu təşkil edəcəkdi. Ortodoks xristian milləti yunan oliqarxiyasının artan nüfuzu altında, slavları, rumınları, yunanları və albanlarla ərəblərin bir qismini ehtiva edirdi. Sünni müsəlman milləti isə, türk və alban oliqarxiyasının artan nüfuzu altında, ərəb və kürdlərin böyük bölümünü, albanların bir bölümünü və türkləri əhatə edirdi. Digər tərəfdən, sünni müsəlmanların önəmli bir bölümü, islama sonradan keçmişdi. Yəni bugünkü türk xalqının bir bölümü yunan – ya da daha ümumi bir deyişlə, ortodoks – əsillidir. Halbuki bunun tam tərsini yunanlar üçün söyləmək mümkün deyildir. Çünki xristianlığa keçmək hər zaman yasaq olmuşdur. İmperiyanın altun çağında, 16-cı yüz illikdə Qanuni Sultan Süleymanın səltənəti sırasında vəzifə icra edən doqquz vəzir-i əzəmin səkkizi xristian olaraq doğulmuşdular.»
Dimitri
Kitsikis, Türk-Yunan İmparatorluğu. Arabölge gerçeği ışığında Osmanlı Tarihine
bakış – İstanbul, İletişim Yayınları, 1996. (The Turkish-Greek Empire. An
inquiry into Ottoman History through the prism of the Intermediate Region), səh.
96-97.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment