Osmanlı imperiyasında bürokratik zagədanlıq

«Rəiyyət sinfindən hərbi sinfə, qapıqulu yolunu istifadə etmədən keçmək üçün, seyrək olaraq verilən imperiya buyruğunu əldə etmək lazım idi. Misal üçün, müsəlman türk bir rəiyyətin hərbi sinfə daxil ola bilməsi üçün könüllü sifəti ilə sərhəd boylarında ya da savaş meydanlarında qəhrəmanlıq göstərməyi və imperatordan timar ya da adətən yeniçərilərə təxsis edilən bir növ maaş (ülufə) almağı gərək idi. Ancaq Qanuni Sultan Süleyman (1520-66) o günədək hərbi sinfə bu şəkildə daxil olmuş adamlara bəxş edilmiş vergi imtiyazlarını ləğv edəcəkdi. Bu örnək, Osmanlı imperiyasında – eyni konfutsian Çində olduğu kimi – ictimai hərəkətliliyin başlıca iki prinsipə söykəndiyini göstərməkdədir: a) İdarəçi sinfə daxil olmaq, dövlət kadrlarında görülən funksiyaya bağlı idi. Yəni bir xidmət aristokratiyası (noblesse de service) var idi; b) İctimai ahəng, ancaq hamının aid olduğu sinifdə qalması ilə təmin edilə bilərdi. Çünki əgər çox artıq sayda rəiyyət üst sinfə keçərsə, istehsalı yerinə yetirən və vergiləri ödəyən kim olacaqdı? 18-ci yüz illiyin başında Osmanlı yazarları imperiyanın geriləməsini bu ana prinsipin tərk edilmiş olmasına bağlamaqda idilər.»

 

Dimitri Kitsikis, Türk-Yunan İmparatorluğu. Arabölge gerçeği ışığında Osmanlı Tarihine bakış – İstanbul, İletişim Yayınları, 1996. (The Turkish-Greek Empire. An inquiry into Ottoman History through the prism of the Intermediate Region), səh. 81-82.

 

Comments