Osmanlı vergi sisteminin Bizans kökləri



«Sokolov, şəri təkalifdən olan “öşür”ün, yəni “onda bir nisbətində məhsulat vergisinin” Bizansda da mövcud olduğunu sadəcə qeyd etdikdən sonra, Osmanlı dövründəki bir sıra örfi təkalifin Bizansdan alındığını söyləyir: 1. Tapu rəsmi (ona görə bu söz yunanca toposdan alınmadır); 2. Rəsm-i cift (Bizansdakı zevgarion və ya zevgar qarşılığında); 3. Dönüm aqçası (Bizansda da qarşılığı vardı); 4. Salariyyə (Bizansdakı ippoforvi yəni at yemi vergisi qarşılığında); 5. Rəsm-i otlaq (Bizansdakı ennomion qarşılığında); 6. Rəsm-i qışlaq (Bizansda qarşılığı vardı); 7. Rəsm-i əğnam (Bizansda qarşılığı vardı); 8. Rəsm-i ağıl (Bizansın “mandriatikon”una qarşılıq); 9. Rəsm-i xınzır (Bizansdakı xirodekatiya qarşılığında); 10. Rəsm-i qovan (Bizansdakı mellisonomion qarşılığında); 11. Rəsm-i dühan (Bizansdakı kapnikon qarşılığında); 12. Rəsm-i ərusan (Bizansdakı partenofforiya qarşılığında); 13. Rəsm-i bad-i hava (Bizansdakı aerikon qarşılığında).
Sokolov bu müadilətləri qeyd edərək Osmanlı imperiyasındakı bu və digər ərazi vergiləri haqqında da qısaca izahat verdikdən sonra “timar” üsulundan, kəndlinin başqa mükəlləfiyyətlərindən və bütün bunların sosial və iqtisadi nəticələrindən də bəhs edərək, timarın bizanslılardan alındığını və sonra digər İslam məmləkətlərinə keçdiyini söyləyir; və Osmanlı imperiyası dövründəki torpaq və kəndli vəziyyətinin Bizans dövründən adəta fərqsiz olduğu nəticəsinə varır.»


M. Fuad Köprülü, Bizans Müesseselerinin Osmanlı Müesseselerine Tesiri. — İstanbul: Ötüken Neşriyat, 1981, səh. 14-15.

Comments