- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
«19-cu
əsr boyunca istər Osmanlı, istərsə də Bizans tarixləri haqqındakı tədqiqlər irəlilədikcə,
Osmanlı imperiyasının saray adətləri və idarə müəssisələri ilə Bizans müəssisələri
və təşrifat üsulları arasındakı oxşarlıqlar daha açıq və daha ümumi bir şəkildə
diqqəti çəkməyə başladı. Doğrudan da, Bizans hüququ tarixinin böyük ustadı
Saxarie fon Lingentalın çox haqlı olaraq irəli sürdüyü şəkildə, Osmanlı
imperiyası içindəki hüquqi şərtlərin yalnızca türklər tərəfindən yaradıldığını
sanmaq və bunda Bizansın təsirlərini diqqət nəzərinə almamaq, şübhəsiz bir xəta
olardı. II Məhəmmədin, İstanbul fəthindən sonra Qanunnaməsini yayınlayaraq
imperiyanın müəssisələrini yenidən düzənlədiyini və tənzim etdiyini də diqqətə
alan Rambaud, Bizans müəssisələrinin bu xüsusda bir örnək təşkil etdiyini
düşünmüş və buna dair diqqətə dəyər cazib müqayisələr etmişdir. Rambaud,
Osmanlı imperiyası təşkilatında türklərin “Bağdad, Qaraqorum və ya Pekin”
saraylarından da bir çox şeylər almaqla birlikdə, ən çox Bizans imperiyası müəssisələrindən
ilham aldıqları fikrindədir: Ona görə, Bizansdakı şərqə və qərbə məxsus iki “domestique
des scholae”, Osmanlılardakı “Anadolu və Rumeli bəylərbəylikləri”nin modelidir;
“vəzir-i əzəm”, “granddomestique”dir; “kapudan paşa”, “mégaduc”dür; “rəisülküttab”,
“grandlogothète”dir; “dəftərdar”lar “logothète”lərdir; “qazı-əsgər”, “juge du
camp”dır.
Bizans
və Osmanlı saraylarını dolduran daha bir çox məmuriyyətlər arasında da belə bir
uyğunluq qurulmasının çox mümkün olduğunu Rambaud qüvvətlə iddia edir və deyir
ki: Kodinos, Bizans sarayında – sonradan Osmanlı sarayında da olduğu kimi – “çavuşlar”,
hətta bir “çavuş başı” sonra “tərcüməçilər” və bir “admiral” mövcud olduğunu təsbit
etmişdi. Yeniçərilərə paylanan cülus bəxşişləri, romalılardakı “donativum”dan
başqa bir şeydirmi? Sultanların verdikləri fərmanlar, eyni o fərmanlarda olduğu
kimi altunla, əhmər və sürməyi rənglərlə yazılmış Bizans “chrysobulle”lərindən
fərqsizdir. Böyük uğurları dost və tabe dövlətlərə “litterae laureatae”lərlə
bildirən Roma imperatorları kimi, Osmanlı imperatorları da zəfərlərini fəthnamələrlə
təbliğ etməmişdirmi? Vilayətlərin idarəsi xüsusunda da Bizans “thème”ləri ilə
Osmanlı sancaqları, “thème”lərin idarəsinə məmur “stratège”lərlə sancaq bəyləri
arasında böyük bir fərq yoxdur. Bizanslılardakı “clisurarque”lara, “turmarque”lara
hüdud “duc” və “comte”larına, təbii ki, başqa adlar altında, Osmanlılarda rast
gəlinir. “Stratiōtai” “fief”lərinin (dirlik) bənzərləri timar və zimmətlərdə,
sipahi dirliklərində görünür.»
M.
Fuad Köprülü, Bizans Müesseselerinin Osmanlı Müesseselerine Tesiri. —
İstanbul: Ötüken Neşriyat, 1981, səh. 16-17.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment