Qafqazın taleyinin həll olduğu San-Remo konfransı



Lenin, hazırkı məqamda, – ki, bu San-Remo dövrü idi, Qafqazın və məxsusən Gürcüstanın taleyinin Kremldə deyil, daha çox San-Remoda həll olunduğunu yaxşı anlayırdı. Orada Qafqaz ölkələrini təmsil edən nümayəndə heyətlərinin kiçik uğursuzluğu, Gürcüstanla anlaşma imzalasınmı yoxsa Qafqazın müqəddəratını başqa cür həll etmək lazımdır barəsində onu aydınlada bilərdi. Uğursuzluğun çox böyük olduğu aydınlaşanda, Qafqaz nümayəndə heyətlərinin orada ən əsas məsələdə – öz maraqlarının həmrəyliyində anlaşmadan çıxış etdikləri və qalib dövlətlərin demək olar onlara əllərini yellədikləri bəlli olanda Lenin özünü şəraitin hakimi kimi hiss etdi. Qafqaz məsələsi San-Remoda 25 apreldə suya düşdü, 28-də isə Qızıl Ordu artıq Bakını tutmuşdu. Hər şeyin, şəhərin də, ölkənin də düşmənə könüllü təslim xarakteri daşıdığı neft paytaxtı və Azərbaycanda həmin gün nə baş verdiyi haqqında yazan da, danışan da nəyə görəsə yoxdur. Heç olmasa Gürcüstanın təlatümə gələcəyini düşünmək olardı. Ancaq, hökuməti Azərbaycanla hərbi ittifaqda olan cənab Jordaniya çox sakit və hərfiyyən belə bir bəyanat verir: “əgər xalqın özü xarici gücün ölkəyə soxulmasına rəğbət göstərirsə, onda, bu gücə qarşı çıxmaq bizim tərəfimizdən həmin xalqın haqlarının pozulması demək olardı və eyni zamanda bizim oraya yollayacağımız qoşunun qırılmasına gətirib çıxarardı”.

Шалва Амирэджиби, Марксизм и национальная политика // Кавказ (Le Caucase). Орган независимой национальной мысли. — Paris: Typographie Franco-Caucasienne, № 4/16, Апрель, 1935. Səh. 13-14.

Comments