Qatı xristian olan Osmanlı şahzadəsi

 


«Süleyman Çələbi tərəfindən imperator Manuilə girov olaraq tərk edilmiş olan Bəyazidin iki oğlundan böyüyü, bacısı Fatma ilə bərabər, azad edildi. Bunlar Bursada yaşamaqda idilər. Digəri isə, imperatorun oğlu İoannis ilə birlikdə yaşadığından, yunan mədəniyyətinin aşiqi oldu, məktəbə davam edərək, yunan dilini təhsil edirdi. Oxumaq və öyrənmək xüsusundakı eşqi və İoannis ilə olan tərbiyə yoldaşlığı o dərəcədə idi ki, imperator Manuilə müraciət edərək, xristianlıq əqidəsinə tövfiqən vəftiz olmasını xahiş edirdi; hər gün imperatora xristian olduğunu iqrar edir və Məhəmmədin dini ehkamını qəbul etmədiyini söyləyirdi. İmperator siyasi bir rəzalətə səbəbiyyət verməmək üçün bu təkliflərə qulaq asmaq belə istəmirdi. Məhz bu günlərdə vəba xəstəliyi şiddətləndi və yaşa baxmayaraq, xalqı qırmağa başladı. O zaman Bəyazidin gənc oğlu da bu xəstəliyə tutuldu və imperator İoannisə bu xəbəri göndərdi: “Ey Bizansın imperatoru, mənim isə ağam və atam! Artıq açıq olaraq söyləyirəm  və heç kimsənin cəzalandırılmasını istəmirəm və işgəncə edilən yerlərə gedirəm. İndi mən xristian olduğumu iqrar edirəm, sən isə dinin icabətini və Ruh-ül-qüdsün əlamətini mənə vermirsən. Bunu bil ki, vəftiz olmadan öləcək olarsam, Cənab-i Haqqın adil və müstəqim olan məhkəməsində əleyhində şikayət edəcəyəm”. İmperator bu sözlərdən mütəəssir olaraq adamlar göndərdi və onu vəftiz etdirdi. Özü də vəftiz atası oldu. Şahzadə ertəsi gün öldü. İmperator böyük şan və ehtiramla onu mərmərdən düzəldilmiş bir sərdabə içinə qoydu, Studioda Prodromos monastrında, məbədin yaxınında və qapının iç tərəfinə dəfn etdi.»

Dukas, Bizans Tarihi. — İstanbul: İstanbul Fethi Derneği, 1956, səh. 60.

Comments