Rus intellektualının məşrutəni bozqır barbarlarına qarşı mübarizə olaraq dəyərləndirməsi


«Taxta Əli Məhəmmədin oğlu, on bir yaşlı Əhməd Mirzə çıxarılıb. Yeni nazirlik liberal islahatların qətiyyətli tərəfdarlarından təşkil edilib. İran üçün yeni bir dövr başlayır və ümid edək ki, heç kim köhnə despotlar və satraplar rejiminin yeni azadlıq və xalq təmsilçiliyi təməllərində islahatı üçün əngəl olmayacaq. Bu yol hamar deyil və İran xalqı hələ çox şeyə qatlaşmalı olacaq, amma başlanğıc qoyulub. İşıqlı Əhura Məzda İranı sanki Əhrimənin yaman oğullarını məğlub etməyə başlayır. İran min illərdir ki, Qərb sivilizasiyasını köksü ilə qoruyaraq Əhrimən və onun törəmələri, bozqır barbarlarının orduları ilə inadkar mübarizə aparır. Olurdu ki, barbarlar Qərbin bu istinadgahını sındırırdılar və onda Çingizin, Səlcuqun, Osmanın, Teymurun orduları Qərb mədəniyyətinin ölkələrinə dolurdular və bu sivilizasiyanı da dağıdırdılar. İran isə küllərindən dirilir və Qərb ölkələrinin sağalması, onları fəth edən köçərilərin isə tədricən mədəniləşməsi üçün vaxt qazandıraraq bozqır barbarlarının Qərbə doğru hərəkətini yenə kəsirdi. İranın bəşəriyyət qarşısındakı bu böyük xidməti həm də böyük bir qurban idi. İranlılar, bütün qüvvələrini Əhrimənin xalqları ilə mübarizəyə toplamaqla istəmədən siyasi və mülki həyatın köhnəlmiş formalarında donub qalmışlar. Və yalnız İngiltərə, Çin və Rusiya sərhədlərini birləşdirərək İranın şərqini qorumağa başlayanda, despotizmdən və barbarlıqdan azadlığa və maariflənməyə doğru inkişaf etmək mümkün oldu. İranlıların indi etdikləri budur. Onların zərif və yetkin dili və cahanşümul ədəbiyyatı böyük İran xalqının şanlı gələcəyinin yaxşı proqnozu kimi xidmət edir.» 

С. Южаков, Низложение шаха Али-Магомеда и новое правительство в Персии. // Русское богатство 1909, № 7 (июль). — Санкт-Петербург: Типография Первой Спб. Трудовой Артели, səh. 81.

Comments