Rusların Kürə mahalına təyin etdiyi xanların ləzgi camaatına qarşı qəddarlıqları



Ruslar bu coğrafiyaya gələndən bəri harada başkəsən, qaniçən, mənəviyyatsız varsa tapıb səlahiyyət veriblər. Bölgəmizin müasir elitası bu ənənədən gəlir. Aşağıdakı örnək 1812-ci ildə Rusiya tərəfindən müasir Dağıstanın güneyində qurulan Kürə xanlığı deyilən ləzgi mahalına ruslar tərəfindən təyin edilən xanlar haqqındadır. Birinci hakim Aslan xan ta 1835-ci ilədək yerində qalır, ikinci parça isə axırıncı hakim Yusuf bəyin dövrünə təsadüf edir, o da 1864-cü ilədək Kürə mahalını idarə edir. Hər ikisinin zalımlığı, yerli camaatın başına açdıqları oyunlar müxtəlif rus müəlliflərinin qələmi ilə təsdiq olunur:

«Sakinlərinin 1812-ci ilə qədər azad olduqları və vergi nədir bilmədikləri Kürədə, Aslan xanın ruslar tərəfindən təyin edilməsi ilə aşağıdakı rəzalətlər baş verir:
“O, – deyə general Pestel bildirir, kürəlilərə həddindən artıq vergilər qoyur və pulun bir hissəsini dağlara göndərir. Təbəələrinin qızlarını zorla əllərindən alır, onları satır və çeçenlərlə ata dəyişir. Çoxlarını edam edir.”»

«Kartsevin knyaz Baryatinskiyə əvvəllər sitat gətirilən məktubundan bunları öyrənirik... “Kürə xanı öz qəddarlığı, bağışlanmaz acgözlüyü və hər cür ədalətsizliyi ilə xalqı az qala özünə qarşı açıq üsyana gətirib çıxarmışdı. 1860-cı ildən başlayaraq onun barəsində Güney Dağıstanın başçısına və knyaz Məlikovun özünə davamlı şəxsi şikayətlər gəlirdi. Nəhayət, keçən payızda insanlar açıqca və yekdilliklə ona tabe olmaqdan imtina etdilər: hələ silahlanmadan kürəlilər 200 nəfərə qədər nümayəndə seçdilər və onları bu sözlərlə ifadə edilən şikayətlə Şuraya göndərdilər: “Hökmdar o qədər mərhəmətlidir ki, Şamilə xidmət etmiş keçmiş düşmənlərinə məhkəmə verib və yaxşı çobanların sürünü [qoruduğu] kimi xalqı qoruyan başçılar qoyub. Bəs ruslara qarşı heç vaxt düşmənçilik etməmiş bizi nəyə görə çobanların yerinə, bizi çapıb-talayan zalım canavara verib”.»

Павел Васильевич Гидулянов, Сословно-поземельный вопрос и райятская зависимость в Дагестане. Часть вторая. // Этнографическое обозрение. — Москва: Т-во скоропеч. А.А. Левенсон, 1901, № 2, səh. 56, 65.

Comments