Təbrizli müctəhidin işğalçı rus qoşunları ilə əməkdaşlığı


«İranda rus adının cazibəsinin nə dərəcədə güclənməsi yerli ruhanilərin əhval-ruhiyyəsində təzahür etdi. Təbrizdə, o dövrdəki bəlli hadisələrdən mühakimə edə biləcəyimiz qədəri ilə, rus hökmranlığına ən böyük sədaqəti məhz bu ruhanilik göstərmişdi. Yerli ruhaniliyin başçısı, (seyid titulunun göstərdiyi kimi) Məhəmmədin soyunun davamçısı, qətiyyətli müqaviməti ilə Eristovun hücumu zamanı Allahyar xanı o cür çətin duruma salan həmin Müctəhid Əmir-Fəth, indi, Paskeviçin gəlişi ilə daima şüurlu və rus hökmranlığına son dərəcə yararlı sədaqət nümayiş etdirirdi. Misal üçün, 3 noyabrda Təbrizdə tamamilə gözlənilməz şəkildə xalq qiyamı əlamətləri görünməyə başladı. Həmin gün, kifayət qədər mötədil, heç də məşəqqətli olmayan və hətta Təbrizin tacir cəmiyyətlərinin razılığı ilə təyin olunmuş, ticari vergilərin ödəniş müddəti elan edilmişdi. Buna baxmayaraq bütün dükanlar bağlı idi, xalq meydanlarda təlatümə gəlirdi, şəhər içrə, guya ruslara hücum etmək və General Paskeviçi öldürmək məqsədilə tərtib edilmiş qəsd barəsində şayiə yayılmağa başlamışdı... Müctəhid Ağa Əmir-Fəth Paskeçivin hüzuruna gəldi və ona İran hökumətinin agentlərinin xalqı ayağa qaldırdığını, hələ zəif olan bu xalq qalxışması əlamətlərinin fəallarının Abbas Mirzənin zamanında güclü olmuş, indi isə bütün hakimiyyət və əhəmiyyətlərini itirmiş vergi yığıcıları olduğunu çatdırdı. Üstəlik, müctəhid xalqı ayağa qaldıranların siyahısını da təqdim elədi və Paskeviç onları qəsrə göndərən kimi hamı sakitləşdi.»


Генерального Штаба Фенерал-Лейтенант Александр Петрович Щербатов, Генерал-фельдмаршал князь Паскевич. Т. 3. ― Санкт-Петербург: тип. лит. Р. Голике, 1891, səh. 19-20.



 

Comments