- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
«Hələ Səlcuqlar
dövründən başlayaraq Anadolu şəhərlərində türklərlə rumların qarışıq bir halda
yaşamaları, hər iki dilin bir-biri üzərində qarşılıqlı təsirlər göstərməsinə səbəbiyyət
verdi. Bundan başqa, Səlcuqlar, xristian dövlətlərlə və məxsusən Bizans ilə xəbərləşmələrində
rum dilini istifadə etməyə başladılar. Yaxın Şərqdə əsrlərdən bəri böyük bir
imperial mənəvi nüfuzu icra edən Bizansın bu dövrlərdə rəsmi dili olan rumca,
böyük bir diplomatiya dili mahiyyətini qazanmışdı; Bir çox rum təbəəyə və mərkəzi
idarədə rum tərcüməçilərə malik olan Anadolu Səlcuq dövlətinin, xristian dövlətlərlə
xəbərləşmələrində rum dilini diplomatik bir dil olaraq işlətməsi çox təbii idi.
13-cü yüz illikdə Anadolu Səlcuqlarının bağladıqları əhdnamələrdə rum dilini
istifadə etdikləri haqqında tarixi bilgilərə malikik. Onlardan sonra, Qaraman
hökmdarlarının, Anadolunun güney sahillərindəki bəzi türk bəylərinin, Qərbi
Anadoluda Bizans ilə və qərb dövlətləri ilə münasibətlərdə olan türk əmirliklərinin
bu ənənəyə əməl etdiklərini bilirik. 14-cü yüz illikdən başlayaraq, demək olar
16-cı yüz illiyin sonlarına qədər, Osmanlı padşahlarının da bu güclü ənənəyə əməl
etdiklərini görürük. Hələ 1430-da sarayda Dzüraç adında türkcə, rumca və
slovencəyə vaqif olan bir serb katibin vəzifəli olduğunu Dukas söylədiyi kimi,
Kritovulos da Fatehin bir rum katibi olduğunu xəbər verir. 15-ci yüz illikdə
Fatehin və II Bəyazidin rumca yazılmış fərmanları bu gün əldə mövcuddur; 16-cı
yüz illikdən də, deyəsən ən son olaraq, II Səlimin, Kipr məsələsi münasibəti ilə
Venesiya dojuna göndərmiş olduğu rumca bir fərmanın mətni əldə bulunmaqdadır.»
M. Fuad Köprülü, Bizans Müesseselerinin Osmanlı Müesseselerine Tesiri. — İstanbul: Ötüken Neşriyat, 1981, səh. 14-15.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment