- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
1850-ci ildə Zəncanda babi üsyanı başlayır. Bundan qabaq da Babi üsyanları olmuşdu ancaq Zəncan üsyanının o birilərindən gözəçarpan fərqi vardı: qadınların fəal iştirakı. 15-16 yaşlı qızlar tüfəngləri doldurub üsyançılara verirdilər. Qızlar uzun hörüklərini kəsib atışmadan çatlayan tüfənglərinə bağlayırdılar. Zəncanda qoca bir babinin iki qızı vardı, ata öləndə Şahsənəm üsyan başçısı Höccət Zəncaniyə ərə getdi və mühasirə vaxtı mərmidən öldü. O biri bacının adı Zeynəb idi, 15-16 yaşı olardı. Zeynəb üsyanda qadınların iştirak etməsinə olan qadağaya etiraz elədi. Barrikadalar qurulanda və döyüşlər başlayanda Zeynəb Höccətin yanına getdi və dedi:
― Allah yolunda cihad etmək üçün atam və qardaşım yoxdur. İcazə verin gedib döyüşüm.
― Cihad qadınlar üçün qadağandır.
― Bu dövrdə keçmişin təxəyyülləri və çarşabları parçalanır. Qərarını buna müvafiq ver!
Və nəhayət icazə ala bildi. Kişi paltarı geyindi, şücaətinə görə «Rüstəm-Əli» adını aldı. Zeynəb 19 nəfərlik tağıma komandirlik eləyirdi. Onların birliyi barrikadaları qoruyur, ya da müstəqil şəkildə lazım olduqları yerlərdə döyüşürdülər. Döyüşlərin birində hökumət qüvvələri barrikadalara hücum edərkən, rəvayətə görə, Zeynəb Cəvahiridən bu şeir parçasını hayqıraraq barrikadanı aşıb hücuma keçir:
«Məni rüsvayçılıqdan xali təriqət adlandırın,
Mənə İslamın Allahsızlığının hekayətini danış!
Və beləliklə, müsəlman mürtəd deyilmi?»
Zeynəbin arxasınca böyük qüvvənin gələcəyini sanan əsgərlər qaçışırlar. Zeynəb qarşı tərəfin üç müdafiə həlqəsini yarıb keçir, dördüncüyə çatanda arxadan qayıtması üçün çağırırlar. Zeynəb geri dönəndə vurulur və həlak olur. «Rüstəm-Əli» Zeynəbin adı, Zərrintac ləqəbli, odda yandırılan qəzvinli bir başqa babi üsyançısı Fatimə kimi babilər arasında qəhrəmanlıq simvoluna çevrilir.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment