- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
«Birinci dünya savaşı
illərində Tehran hökuməti gizli sərhəd əməliyyatlarında tez-tez “Osmanlı
barmağına” işarə edir və İran Azərbaycanının qərb sərhəd bölgələrinin “Osmanlı
işğalı”na etiraz edirdi. Mudros sülh müqaviləsindən (1918) sonra İstanbuldakı Osmanlı
hökuməti Qacarların qonşu Azərbaycan və İran torpaqlarının işğalından geri çəkilməyə
məcbur oldu. Müharibənin sona çatması Osmanlıların və Qacarların beynəlxalq
münasibətlərdə siyasi hakimiyyəti üçün dağılma proseslərini başlatdı. İngiltərə
və Rusiya arasında müəyyən edilmiş geosiyasi bölünmənin müstəmləkə qaydaları
regionda hökm sürən iki sülalə-imperial monarxiyasına dağıdıcı təsir göstərmişdir.
Nəticədə Osmanlı-Qacar sərhədləri ətrafında regional güc boşluğu yaranmışdır.
Yerli qeyri-müəyyənlikdən kürd tayfaları istifadə etmişlər. 1919-cu ildə kürd qəbilə
başçısı İsmayıl ağa (Simko) bəzi digər siyasi xadimlər və Əbdürrəzaq Bədirxan və
Şeyx Seyid Taha Nəhri kimi yerli görkəmli şəxslərin müşayiəti ilə İran qüvvələrinə
qarşı qiyam qaldırdı. Britaniyanın təkliflərinə uyan təcrübəsiz və səriştəsiz
Qacar hökmdarı Əhməd şah, qərbi İran və Azərbaycanın bəzi ikinci dərəcəli ərazilərində
ənənəvi məhdud muxtariyyət vasitəsilə Simkonun hökmranlığına icazə verməklə
kürd üsyançılarını sakitləşdirməyə çalışdı. Bu yerli müqavilə uzun sürmədi.
İngiltərə-İran himayəsindən razı qalmayan Simko, 23 aprel 1920-ci ildə Böyük
Millət Məclisinin açılışından sonra Mustafa Kamal tərəfindən qurulan Ankara
hökumətindən regional dəstək almağa çalışdı. Qurtuluş savaşının kritik
kontekstində türk hərbi rəsmiləri, ən əsas da Kazım [Karabəkir] paşa (şərq cəbhəsinin
komandanı), Simkonun qəbilə dəstələrini Van kimi strateji şəhərlər ətrafında
gizlənən erməni-nəsturi milislərinin hücumlarına qarşı yerləşdiriləcək ənənəvi
yerli işbirlikçilər kimi görürdü. Bundan əlavə, Simko qüvvələrinin Rəvandüzdəki
ingilis birləşmələrinə qarşı hərbiləşdirilmiş əməliyyatlara kömək edəcəyi və
Mosul və quzey İraqda Ankaranın əlini gücləndirəcəyi gözlənilirdi. Əksinə, bu
gözləntilərin qeyri-real və faydasız olduğu sübuta yetdi. Proksilər vasitəsilə savaşmanın,
istər-istəməz mehriban qonşuluq münasibətlərinə siyasi zərər vuran hərbi yanlış
hesablama olduğu ortaya çıxdı.»
Mehmet Akif
Kumral, Exploring Emotions in Turkey-Iran Relations. — Cham: Palgrave
Macmillan, 2020, səh. 73-74.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment