- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
«”Əfəndi” sözünə
gəldikdə, Bizansdan türklərə keçdiyi dəqiq olan və indiyədək xeylicə tədqiq
edilən bu söz haqqında burada izahata girişəcək deyilik. Yalnız, bu sözün
Anadolu türkcəsinə haçan keçdiyi indiyədək təsbit edilmədiyindən, bu xüsusda
qısaca bilgi vermək istəyirik: Anadoluda 13-14-cü yüz illiklərdə istifadə
olunduğu o dövr əsərlərindən anlaşılan “əfəndi” sözünü İbn Bəttutə yazdığı
kimi, Əflaki mənqibəsində də yenə bu sözə rast gəlirik; bunlardakı işlənmə tərzi,
sözün yunanca əslinə tamamilə uyğun gəlir. Mövlanənin qızı “Məlikə xatun” daha
çox “Əfəndi – Poulo = Əfəndimizin qızı” ləqəbi ilə anılırdı; Kastamonu əmirinin
qardaşına “əfəndi” ünvanı verilirdi. II Məhəmmədin Qalata əhalisinə vermiş
olduğu məşhur yunanca fərmanda belə, Fatehin özü üçün “əfəndi” ünvanını istifadə
etdiyini görürük. 15-ci yüz illiyin ikinci yarısından başlayaraq “əfəndi”
sözünün münəvvər sinfə mənsub oxumuş adamlara verildiyini söyləyə bilərik.»
M. Fuad
Köprülü, Bizans Müesseselerinin Osmanlı Müesseselerine Tesiri. — İstanbul:
Ötüken Neşriyat, 1981, səh. 191-192.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment