Dövlət-i Qızılbaşın Qara dəniz siyasəti


«Eyni zamanda, ruslar və iranlılar [qızılbaşlar] arasında münasibətlər getdikcə daha sərtləşirdi. 1697-ci ildə rus səfiri İran [Dövlət-i Qızılbaş] hökumətinə nota təqdim edərək, Azov mühasirəsi zamanı guya İran [Dövlət-i Qızılbaş] təbəəsi olan ləzgi, çərkəz və digər Qafqaz tayfalarının Osmanlılara yardım göstərməsinə etiraz etdi. Notada həmçinin iranlıların [qızılbaşların] türklərə [osmanlılara] qarşı savaş elan etməsi və Şah Səfi dövründən çara borclu olunduğunu iddia edilən üç yüz min tümənin geri qaytarılması tələb olunurdu. Məlum oldu ki, rus elçisi İsfahanda diplomatik protokolla bağlı mübahisəyə görə zindana atılır və 1699-cu ilə qədər orada saxlanılır; çar daha heç bir tədbir görmür. Növbəti il ​​Rusiya hərbi dəniz eskadrası Bakı limanına sərbəst giriş tələb etdi, İran [Dövlət-i Qızılbaş] hökuməti heç düşünmədən bu tələbi rədd etdi. Yenə də heç nə olmadı. Onlar zəiflik əlamətləri axtarmağa davam etsələr də, ruslar İranla [Dövlət-i Qızılbaşla] müharibəyə başlamaq barədə ciddi düşünməyə hazır deyildilər.»


Martin Sicker, The Islamic World in Decline. From the Treaty of Karlowitz to the Disintegration of the Ottoman Empire. — London: Praeger Publishers 2001, səh. 16.


Comments