Alman sənayesinin İran və Hindistan bazarlarında Britaniyanı sıxışdırması



«İranda Amerika maraqları indiyə qədər demək olar ki, önəmsiz ölçüdədir, lakin Almaniya ticarətini İrana yeritməyə çalışır. Gələcəkdə, Kiçik Asiyada dəmir yolu planlarını həyata keçirə bilsə, Almaniya İngiltərə və Rusiyanın həm quzey, həm də güney İrandakı üstünlüyünə çox ciddi maneə olacaq. Almaniyanın Tehrandakı nümayəndəsi olduqca bacarıqlı və yorulmaz enerjili bir insandır. Şübhəsiz ki, əlverişli vaxt gələndə və Almaniya İran bazarında kommersiya baxımından irəliləməyə hazır olanda, Britaniya istehsalçısı ucuz alman malları ilə yarışmada artıq indidən çox çətinlik çəkdiyi üçün xüsusilə İngiltərə ən çox zərərçəkən olacaq. Nəqliyyatın nisbətən asan olduğu Hindistanda belə, alman malları bazarlarda ingilis mallarını üstələyir. Dəmir yolu İran sərhədinə çatanda İranda bu daha çox belə olacaq.»

 

Henry Savage Landor (1867-1924), Across Coveted Lands; or, A Journey from Flushing (Holland) to Calcutta, Overland. ― New York: C. Scribner's Sons, 1903, səh. 95.


Comments