Edvard Qrey və Sərdar Əsəd


«Bəxtiyarilərin elxanı o vaxt, Samsam-üs-Səltənə (səltənətin qılıncı) fəxri adından istifadə edən, yuxarıda göstərilən Hüseyn Qulu xanın oğlu İsfəndiyar xan idi. Sadiqliyindən şübhələnən Məhəmməd Əli Şah onu əvəz etmək qərarına gəldi və elxan titulunu qardaşı Sərdar Zəfərə həvalə etmək niyyətində idi. Samsam bu əmrlə bağlı yayılan söz-söhbətdən çox alçalmışdı, amma ehtiyatdan şaha açıq şəkildə qarşı çıxmağa cürət etmədi və narazılığını gizlətməyi üstün tutdu. Daha sonra qardaşı Sərdar Əsədin təsiri altında şah hökumətinə münasibət haqqında düşüncəsini dəyişdi. Sonuncu, Avropaya səyahət edərək Parisi ziyarət etdi və burada müxtəlif şərqli mühacirlərlə – iranlılar, osmanlılar, misirlilər və hindlilərlə rastlaşdı. Vətənlərindəki vəziyyətdən narazı qalan bu mühacirlərin əksəriyyəti [vətənlərinin] dirçəlişi arzusunda idilər. Sərdar Əsəd, tamamilə təbii olaraq, çoxsaylı və cəsarəti ilə məşhur bəxtiyarilər elinin başçılarından birini qazanmağın onların planlarının uğurlu olması üçün nə qədər əhəmiyyətli olacağını yaxşı başa düşən Məhəmməd Əli şahın narazılığına tuş gəlmiş İran təbəələrinin təsirinə düşdü. Vətəninin xilaskarı rolunu oynamağa qərar verən Əsəd, Parisdən Londona yola düşdü, burada, planlarına rəğbətini ifadə edən, ancaq onları həyata keçirmək üçün lazım olan pulla təmin etməyə razı olmayan Xarici İşlər üzrə Dövlət katibi cənab Edvard Qrey tərəfindən qəbul edildi. Londondan Sərdar, Bombeyə getmək qərarına gəldi, amma oraya gedərkən, hakimi olduqca nüfuzlu və varlı Şeyx Xəzəl olan Karun ilə Şəttül-Ərəbin qovuşduğu yerdə yerləşən İranın Mühəmməra şəhərində dayandı. Sonuncu, uzun müddətdir ki, bəxtiyarilərə aid olan bəzi torpaqların ona verilməsinə can atırdı, dəyərinin bir hissəsini ödəmiş və Sərdar Əsədin gəlişindən istifadə edərək onunla bu işə son qoymaq üçün böyük məbləğ vermişdi. Mühəmməradan Sərdar vətəninə yol aldı, amma əzəlcə, Təbrizdən alınan məlumatlara görə uğur qazanma şansının şahın tərəfində olduğunu nəzərə alaraq niyyətini həyata keçirməyə cürət etmədi. Təbriz iğtişaşlarına İngiltərə-Rusiya müdaxiləsi nəticəsində işlər şah üçün əlverişsiz və düşmənlərinin xeyrinə olan bir yön aldı.»

 

Зиновьев И.А., Россия, Англия и Персия. — Санкт-Петербург, 1912, səh. 135-136.

 


Comments