- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
«Yuxarıda ifadə
edilən xəbərləri alan ingilis elçisi və Rusiyanın müvəqqəti işlər vəkili,
İqbal-üd-dövləni vəzifəsindən azad etmək və müvəqqəti olaraq general-qubernatorun
vəzifələrini Samsam-üs-Səltənəyə həvalə etmək təklifi ilə iki dəfə Məhəmməd Əli
şaha müraciət etdilər, özü də, əlahəzrətə, hər iki dövlətin təbəələrinin şəxsi
və əmlak təhlükəsizliyini şah hökumətinə yüklədiklərini söylədilər. Şah
Samsam-üs-Səltənənin onda zərrə qədər də güvən yaratmadığına işarə edərək
bununla razılaşmadı. Daha sonra hər iki nümayəndə, İsfahandakı konsullar vasitəsi
ilə, nizamı qoruya biləcəyinə ümid edərək və mövcud fəsadların sülh yolu ilə həllinə
mane ola biləcək hər şeydən çəkinmək məsləhətilə Samsam-üs-Səltənənin özünə müraciət
etdi. Samsam, barışcıl və loyal niyyətlərinin vədi ilə cavab verdi və şəxsi təhlükəsizliyinə
zəmanət, həmçinin İsfahan əhalisinə konstitusional hüquqlarının veriləcəyinə təminat
alacağı təqdirdə evə qayıtmağa hazır olduğunu, ancaq ona və ya şəhərə qarşı hərbi
qüvvə göndəriləcəyi halda, onun İsfahan əhalisini tərk etməyəcəyi kimi, onların
da onu tərk etməyəcəyini əlavə etdi. Daha sonra şəhərdə qarşıdan gələn
parlament seçkiləri mövzusunu yubanmadan müzakirə etməyə başlayan müvəqqəti bir
əncümən quruldu, bəxtiyari qoşunlarının xərclərini qarşılamaqdan ötrü isə maliyyət
(vergilər) hesabına 20.000 tümənlik bir kredit imzalandı.
İsfahan əhalisi
ilə bəxtiyarilər arasında mehriban münasibətlərin qurulmasına şahidlik edən ingilis
agentlərinin rəylərinə çətin ki, qeyd-şərtsiz inanmaq mümkündür. İsfahanı şəxsən
ziyarət etmiş yuxarıda adı çəkilən ingilis yazıçısı Devid Freyzerin dediyinə
görə, çox tezliklə iki tərəf arasında anlaşılmazlıqlar yarandı. Keçmiş
general-qubernatora illik məbləğdə bir ildə üç dəfə vergi ödəyən isfahanlılar, bəxtiyarilərin
varlığından əldə etdikləri yeganə faydanın dördüncü dəfə eyni vergiləri Samsama
ödəmək imtiyazı olduğuna görə şikayət etməyə başladılar. Digər tərəfdən,
Samsam, onun fikrincə, İsfahan əhalisinin, onu şah satrapının caynaqlarından qoparıb
alan qoçaqlara qarşı çox xəsis olmasına görə, sərt tədbirlərə əl atmaqdan çəkinmirdi.
Hərçənd cənab Freyzer, bəxtiyarilərin nümunəvi nizama riayət etdiklərini və İsfahan
vətəndaşlarının mülkiyyətinə təcavüz etməkdən çəkindiklərini əlavə etsə də, Tehrandakı
ingilis elçisinin 20 mayda Britaniya hökumətinə göndərdiyi teleqramdan son
zamanlarda bəxtiyarilərin İsfahanda qalmaları dövründə iğtişaş, soyğunçuluq və
sərxoşluq hallarının çoxalması nəticəsində bəxtiyari xanlarının qoşunlarını şəhərdən
çıxarmaq qərarına gəldikləri; ətrafdakı və yollardakı vəziyyətin son dərəcə
acınacaqlı hala gəldiyi və İsfahanla Şiraz arasındakı ticarətin tamamilə
dayandığı məlum olur.»
Зиновьев И.А.,
Россия, Англия и Персия. — Санкт-Петербург, 1912, səh. 138-139.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment