- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
«Eyni zamanda
tacir sinfinin zənginləşməsinin təsiri altında ölkədə yerli fabrik-zavod sənayesi
yaratmaq cəhdləri başlayır. Ancaq, yerli sənayeyə Rusiya və İngiltərə
istehsalçılarının rəqabətinə qarşı özünü müdafiə etmə imkanı verməyən son dərəcə
sərfəsiz ticarət müqavilələri, İran sənayesinin ayağa qalxmasına mane olur. Türkiyədəki
almanlar kimi hərəkət edən ruslar və ingilislər, şah hökuməti ilə razılaşma əsasında
ölkənin bütün saysız-hesabsız sərvətlərini, dəmir mədənlərini, qalay, qurğuşun,
manqan, neft qaynaqlarını, kömür mədənlərini və s. istismar etmək hüququnu mənimsəyirlər.
Beləliklə, ölkənin bütün təbii sərvətlərini əllərində inhisara alaraq və onun ən
kiçik hissəsini belə istismar edə bilməməklə, digər ölkələrin kapitalistləri ilə
Şimali Amerikanın İranda sərbəst rəqabətinə mane olaraq, eyni zamanda ölkədəki
yerli fabrik-zavod sənayesinin qurulmasına əngəl olan ruslar və ingilislər, İrandakı
ticarət və sənaye siniflərinin zənginləşməsi və ölkənin istehsal qüvvələrinin
daha da inkişaf etməsi önündəki ən böyük maneəyə çevrilirlər.»
Михаил Павлович
Павлович, Персия в борьбе за независимость. — Москва: Научная Ассоциация
Востоковедения при ЦИК СССР, 1925, səh. 28.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment