Məşrutənin ingilis və rus imperializminin maraqlarına təsiri



«İngiltərə üçün, rus-yapon müharibəsi ilə oyanan Şərqin ümumi qaynamasından və Hindistandakı mülkləri üçün qorxularından dolayı, ən həyati məsələ, ingilis mətbuatında dəfələrlə ifadə edildiyi kimi, belə demək olarsa, İrandakı azadlıq hərəkatının yanında yer alan Hindistandakı on milyonlarla təbəəsinin özünə qarşı əlverişli əhval-ruhiyyəsini qoruyub saxlamaqdır. Bundan əlavə, İrlandiyada və elə həmin Hindistanda apardığı siyasətə baxmayaraq saxladığı “bütün məzlum xalqların himayədarı” və siyasi azadlıq ənənələrinin daimi daşıyıcısı olan dövlət nüfuzuna xələl gətirməməsi əhəmiyyətli dərəcədə vacib idi. Bundan başqa, İran qarğaşalığı sərhədlərindən çox uzaqda səhnələşdirilmişdi və onun böyük məsafəyə görə boğulan əks-sədaları, heç bir birbaşa əks olunmadan Hindistana yalnız mübhəm bir sürətdə gedib çatırdı.

 

Bizim mövqeyimiz, bilindiyi kimi, tamamilə fərqli idi: inqilab Güney Qafqazımızın birbaşa yaxınlığında böyüyür və uğurlar əldə edirdi; Elə bizim özümüzün İranda qurduğumuz magistral yollar boyunca ölkənin içərisinə nüfuz edirdi; Bu ölkə ilə əhəmiyyətli ticarətimizi pozurdu və bizə milyonlarla itkilər və hesaba gəlməz mənəvi ziyan vururdu. Razılaşmanın bizə verdiyi hər cür hərəkət azadlığı və tam hakimiyyət gücü ilə hər cəhətdən bizim üçün fəlakətli olan bu hərəkatı beşiyindəcə boğmaq birbaşa maraqlarımıza uyğun idi. Ancaq bu, ingilis siyasətinin görüşlərinin birbaşa ziyanına idi və biz İrandakı ən həyati maraqlarımızı və çoxəsrlik ənənələrimizi çəkinmədən ona qurban verdik.»

 

Скиф, Персидский вопрос. Англо-русское соглашение, его основные принципы и цели и пятилетние итоги. — Москва: Типография А.А. Стрельцова, 1912, səh. 12.


Comments