Orta və aşağı ruhani sinfinin Qacar dövləti ilə ixtilafı və məşrutəyə dəstəyi


«Tacir sinfi ilə birlikdə ruhanilər şah hökuməti ilə şiddətli müharibə aparırdılar. Ali din xadimlərinin əksəriyyəti əvvəlcə azadlıq hərəkatına düşmən münasibət bəsləyirdi, lakin orta və aşağı ruhanilər, əksinə, bu sonuncunun təşəbbüskarı idilər və son vaxtlara qədər onun başında dayanırdılar. İranda ruhanilər xalq müəllimi (İranda dünyəvi məktəblər demək olar ki, yoxdur), məclislərdə vaiz, hakim və sairdir. Ümumən əhalinin gözündə (Rusiyada ruhani xaxamlardan fərqli olaraq, inanclı cuhudlar arasında dövlət xaxamlarına münasibətdə müşahidə edildiyi kimi) heç bir nüfuza malik olmayan, müxtəlif inzibati və məhkəmə funksiyaları, məscidlərə nəzarət və s. işləri yerinə yetirən rəsmi nümayəndələr – şeyxülislamlar, qazılar və imamlarla yanaşı, İranda kütlələrin gözündə müqəddəslik və bilicilik haləsi ilə əhatə olunmuş və sonunculara böyük təsir gücünə malik, çoxlu sayda qeyri-rəsmi ruhaniyyətin nümayəndələri – “müctəhidlər” var. “Müctəhidlərin” ətrafında məscidlərdə ibadətləri yerinə yetirən, məhkəmə işlərini araşdıran, notarial aktlar tərtib edən, xalq təhsilinə rəhbərlik edən köməkçiləri, mollalar və seyidlər cəmlənmişdir. Bu, böyük əksəriyyətlə yoxsul bir həyat sürən, qara və yoxsul xalq kütlələri ilə onun bütün sevinc və kədərlərini bölüşən və buna görə də artıq müxalif əhval-ruhiyyədə olan əsl intellektual proletariatdır.

Ruhanilərin bu müxalif əhval-ruhiyyəsi, həmişə ruhanilərin təsir dairəsinə müdaxilə edən hökumətin siyasəti ilə qızışırdı: hökumət ruhanilərin ədliyyə sahəsindəki səlahiyyətlərini məhdudlaşdırır, cinayət işlərində məhkəmə hüququndan məhrum edir, sonra ən əhəmiyyətli mülki iddialar, notarial aktları tərtib etmək hüququnu [əlindən alır], ruhaniləri ən müqəddəs və zəngin məqbərələrə nəzarətdən uzaqlaşdırır və öz məmurlarını onların yerinə təyin edir, nəhayət, məbəd mülklərinə əl qoyur və dini qurumların sərvətlərini öz xeyrinə müsadirə edir.»

 

Михаил Павлович Павлович, Персия в борьбе за независимость. — Москва: Научная Ассоциация Востоковедения при ЦИК СССР, 1925, səh. 29.


Comments