- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
«Digər tərəfdən,
təsirini qorumaq və artırmaq və Rusiyanın İrandakı gözlənilən hegemonluğuna
müqavimət göstərmək üçün ingilislər fərqli bir metoddan istifadə edərək hər
yerdə teleqraf dirəkləri, – ticari və siyasi təsirin bu qüdrətli ötürücülərini,
– qurur və tezliklə bütün İran Hindistan imperiyasının teleqraf xəttinə
qoşulmuş ingilis teleqraf teli ilə örtülür. 1870-ci ildən başlayaraq, bütün İran
boyu şimal-qərbindən cənub-qərb sərhədlərinə qədər, hər növ rəsmi məşğuliyyətlərdən
azad olan, heç kimsədən və bir kimsəyə teleqram göndərməyən, asudə vaxtlarını
poçt və teleqraf idarəsi ilə çox az əlaqəsi olan işlərə həsr edən ingilis məmurlarının
olduğu kiçik qalalara bənzər poçt və teleqraf büroları hər tərəfə uzanır. İngilis
teleqraf büroları özünəməxsus İran şəraitində təkcə ingilislərin İran vadisində
ticari və siyasi təsir vasitələrinə çevrilmir, həm də qətiyyən gözlənilmədən,
zaman keçdikcə, yerli satraplar tərəfindən hər hansı görünməmiş sui-istifadə
hallarında, buradan, qüdrətli Britaniya bayrağının örtüyü altında, xalqa
yaramayan valinin dəyişdirilməsini tələb edən acizanə teleqramlarla şahı qorxusuzca
bombardman etmək üçün yerli əhalinin nümayəndələrinin axın etdikləri toxunulmaz
“sığınacaqlara” çevrilirlər.»
Михаил Павлович
Павлович, Персия в борьбе за независимость. — Москва: Научная Ассоциация
Востоковедения при ЦИК СССР, 1925, səh. 22-23.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment