- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
Bu fəsildə
göstəriləcəyi kimi, mədəni fərqliliyi təsvir etmək üçün ixtiyari təsnifat sxemləri
statistik və ya obyektiv faktlar kimi təqdim edildikdə olduqca problemlidir. Bu
sxemlər “etnik sağlam düşüncə” adlandırıla biləcək şeyi əks etdirir: hər kəsin
kateqoriyalaşdırılmış səliqəli qutulara bölünə biləcəyi və hər qutunun aydın şəkildə
sərhədlənmiş bir “qrup” təşkil etməsi fikri. Ən pis hallarda, bu cür sxemlər nəhəng
və cürbəcür əhalinin “kimliyi” ilə bağlı belə də olmalı imiş kimi qəbul edilən,
ümumiləşdirici və essentialist həqiqət iddialarına səbəb olur.
Tənqidin
ikinci təbəqəsi iranşünaslıqda farsmərkəzçi kimlikçiliyin yayılmışlığı ətrafında
dolanır. Çox bariz nümunə ingilisdilli ədəbiyyatda adəti üzrə “iranlı” ilə
“fars”ın qatışdırılmasıdır. Bu qatışdırmanın tərcümə və ya dildən düzgün istifadə
məsələsindən daha ötə bir şey olduğunu əsaslandıracağam: o, geniş yayılmış millətçi
fərziyyələrə söykənir və artıq konsensusun olmaması, kök salmış alışqanlıqlar və
ya akademik etinasızlıqla üzrlü sayıla bilməz. Bu kitabın göstərəcəyi kimi,
İran sosial elmləri və iranşünaslıqda yeni, kritik istiqamətlər də daxil
olmaqla, farsmərkəzçi paradiqmaya qarşı hal-hazırda bir sıra çağırışlar var.
Sonuncunun
fəsahətli, erkən nümunəsində, Mehrzad Bürucirdi 1998-ci ildə farsmərkəzçi, millətçi
və iranlı kimliyi haqqında qeyri-tarixi mülahizələrlə iranşünasların əslində
azlıqların marjinallaşmasına töhfə verdiyini iddia etdi. Elə həmin il İran və
Əfqanıstanla bağlı yaşamboyu fəaliyyəti ilə tanınan görkəmli antropoloq Riçard
Tapper mötəbər “Encyclopædia Iranica”nı həm İran, həm də Əfqanıstandakı
qeyri-farsdilli və qeyri-iranlı icmaları və faktorları yalnızca “dumanlı və çox
yarımçıq” əhatə etdiyinə görə tənqid etdi.
Bu cığıraçıcı
tənqidləri bir addım da irəli apararaq bizim indi ola bilsin ki “klassik iranşünaslıq”
adlandırmalı olduğumuz şeyin farsmərkəzçiliyinin əslində akademik və ideoloji buzdağının
yalnız görünən hissəsi olduğunu iddia edirəm. Bu, bizim İran toplumu
anlayışımızı və davamında etnik mənsubiyyət və kimlik qavramlarının özünü
problemləşdirməli olduğumuz bir neçə sualdan sadəcə biridir. Başqa sözlə, konseptual
qarışıqlıq, təkcə və ya sadəcə olaraq xırda şovinizm məsələsi deyil. Bununla
yanaşı gələn bəyanlar və məxsusi özünüdərklərin inkarları bizdən etnik mənsubiyyətə
ciddi yanaşmağı və “kimlik” haqqında bulanıq klişelərə yol verməməyi tələb
edir.
Rasmus
Christian Elling, Minorities in Iran. Nationalism and Ethnicity after Khomeini.
— New York: Palgrave Macmillan, 2013, səh. 15-16.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment