- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
«Etdiyi təşəbbüs, əfəndilər; onuncu və on birinci [qızıl] ordularını doğrudan-doğruya Qafqaziyyəyə, Şərq Cəbhəsinə təxsis etmək oldu. Bu ordular, bizim dəlalətimiz, təsirimiz və xidmətimiz sayəsində asanlıqla Şimali Qafqaziyyəni keçdilər və Azərbaycana daxil oldular və Azərbaycanlılar da gələn orduları kamal-i sükunətlə qəbul etdilər. Bu ordular bir tərəfdən Ermənistan və Gürcüstan hüdudlarında lazım gələn tədbiri və vəziyyət-i əsgəriyyəni aldılar. Digər tərəfdən də maddətən bizimlə təsis-i irtibata təvəssül etdilər – ki, bu may aylarında idi – tam bu sırada idi ki; Polşada cərəyan edən əhval, vaqeyi və hadisat getdikcə bolşeviklərin əleyhinə olaraq kəsb-i əhəmiyyət etmişdi və bolşevik hökuməti mümkün olduğu qədər çox qüvvəni Polşa cəbhəsinə sövq etmək məcburiyyətində idi. Buna görə Qafqaziyyəyə sövq etmiş olduğu, təxsis etdiyi ordulardan onuncu ordunu bütünlüklə şimala sövq etdi. On birinci ordunun da bir qismini sövq etdi. Ona görə də Qafqaziyyədə ermənilərə, gürcülərə və ümumi vəziyyətə qarşı maddi qüvvələri azaldı və zəif bulundu. Elə bu sırada ingilislərin mütəmadi səyləri və təşviqləri əsəri olaraq, ingilislərə bəndəlik etməklə zövq alan Azərbaycanın müsavat hökuməti və bu hökumətin ayaqdaşlarının təşviqi ilə, şübhə yox gürcülərin və ermənilərin dəxli ilə, ordunun bolşevik ordusunun tamamilə gerilərinə düşən Gəncə ətrafında Azərbaycanın müxalif qüvvələri tərəfindən bir irtica vücuda gətirildi.»
Atatürk’ün Söylev ve Demeçleri I-III. — Divan Yayıncılık Ltd. Şti., 2006.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment