Aryanizm və İran

 


«Hitlerin nasional sosializminin və İkinci Dünya Müharibəsinin dəhşətlərindən sonra aryan termini gözdən düşdü və hind-avropalı adı onu əvəz etdi. Ancaq aryan və aryanizmlə bağlı məftunluq və aludəçilik heç vaxt tamamilə tərk edilməmişdir. Hərçənd aryanizmin həddindən artıq irqçi və soyqırımçı istifadəsi Avropada tərk edilmişdisə də, ultranasionalist elementlərin orientalist/irqçi arya, aryan, aryanizm və aryan irqi konstruksiyası ilə qidalanmağa davam etdiyi İran kimi yerlərdə belə tərk edilmənin heç bir təsiri olmamışdı. 1925-ci ildən başlayaraq, aryanist diskurs aqressiv, şovinist farsizmin və dar düşüncəli, irticaçı millətçiliyin ideoloji əsasını təmin edərək İranda hakim narrativə çevrildi. Aryanizm, İranın müstəsna tarixini yenidən formalaşdırmaq, fars/aryan ünsürünün absurd üstünlüyünü əsaslandırmaq və aryan olmadığı hesab edilən xalqın əksəriyyətini marginallaşdırmaq üçün bir alət olaraq xidmət edirdi. Bir sözlə, aryanizm iyirminci əsrdə fars kimliyinin və İran milli dövlətçiliyinin özülünə çevrildi.»


Alireza Asgharzadeh, Iran and the Challenge of Diversity. Islamic Fundamentalism, Aryanist Racism, and Democratic Struggles. — New York: Palgrave Macmillan, 2007, səh. 77.


Comments