- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
Tanınmış tatar kommunisti Sultan Qaliyev Moskva qəzeti «İzvestiya»da yazırdı: «Azərbaycan ordusunda xidmət edən türkiyəli zabitlər Sovet Rusiyasına birləşməyi təbliğ edirdilər» (May, 1920).
Beləliklə, rus qızıl ordusunun Gürcüstan və Ermənistanın sərhədlərinə yaxınlaşmasının Azərbaycan hökumətinin səhlənkarlığı və günahı ucbatından olmağı dəqiqləşdirilmiş faktdır. Yerli bolşeviklər də elə bunu gözləyirdilər.
Azərbaycanın sovetləşdirilməsindən sonra Güney Qafqazda siyasi vəziyyət kökündən dəyişdi. Bolşeviklər bunu istifadə elədilər və 1 May bayramında küçələrə çıxdılar. 1 Mayın [Ermənistanda] hökumət tərəfindən rəsmi bayram elan edildiyini və həmin gün bütün partiyaların bayram şənliklərinə qatıldığını deməliyik. Bolşeviklər Ermənistanın bütün şəhər və iri mərkəzlərində (İrəvan, Aleksandropol, Qarakilsə, Dilican, Qars, Sarıqamış və İğdır) haylı-küylü nümayişlər təşkil eləmişdilər. Nümayişçilər kommunist başçılarının portretləri, qızıl bayraqlar və Sovet şüarları ilə yürüyürdülər. Mitinqdə Azərbaycanın İnqilab Komitəsinə [bu məzmunda] teleqraf çağırışı yollamaq təklifi qəbul edilmişdi: «birləşmiş güclərimizlə «erməni müsavatçıları»nın və «tatar daşnaktsakanları»nın hakimiyyətini yıxmaq, millətlərarası savaşa son qoymaq və Sovet Rusiyası ilə Şərqin məzlum xalqları ilə birgə beynəlxalq imperializmə qarşı ortaq mübarizə aparmaq».
Ашот Арцруни, Большевицкий заговор в Армении. // Кавказ (Le Caucase). Орган независимой национальной мысли. — Paris: Typographie Franco-Caucasienne, № 5/17, Май, 1935. Səh. 10.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment