Bizansın siyasi mirasının Osmanlıya keçməsi



«Bizansın siyasi mirasının Osmanlıya keçməsi üçün, Osman bəyin 1280-də qurduğu köçəri türkmən bəyliyindən, son Bizans qalası Trabzon imperiyasının 1461-də düşüşünün səhərisi doğulan, II Məhəmmədin Arabölgə imperiyasınadək təxminən iki yüz ilin keçməsi gərəkəcək idi. Ancaq hələ birinci yüz ilin sonunda Osmanlı imperiyasının I Bəyazid və “fətrət” adı verilən dönəmin hökmdarları tərəfindən “bizanslaşdırılması” o dərəcədə irəliləmişdi ki, yunanca, Osmanlının idari dili olaraq qəbul edilmişdi. Tarazlığı təmin etmək və türklərin yunan kütləsi içində assimilyasiyasını əngəlləmək üçün daha sonrakı hökmdarların reaksiya göstərməsini gözləmək gərəkəcək idi. I Məhəmməd (1413-21) əskidən yunanca olan idari dili türkcə və farsca olaraq təyin edəcəkdi. Yenə də yunanca sultanlar və vəzirləri tərəfindən beynəlmiləl dil olaraq istifadə olunmağa davam etdi. Bu mövzuda Osmanlı imperiyasının italyanlarla yazışmalarında latıncanı deyil, yunancanı istifadə etdiyini qeyd etmək maraqlı olacaqdır. Sultanların rəsmi məktubları ilə yanaşı, Osmanlı yüksək vəzifəliləri və Bab-i Alinin öndə gələnləri tərəfindən qələmə alınmış zəngin bir məktublaşma arxivinin varlığı məktubların ana dili yunanca olmayan insanlar tərəfindən yazıldığını və bu məktubları çevirən yunan katiblərin varlığından danışıla bilməyəcəyini sübut etməkdədir. Yəni doğrudan-doğruya yunanca yazan osmanlı türkləridir. Bu şəkildə II Məhəmmədin yunanca fərmanları və Venesiya ilə imzaladığı yunanca anlaşmalar mövcuddur. II Bəyaziddən (1481-1512) qalan çox sayda yunanca sənəd arasından 7 aprel 1503-də Venesiya dojuna yazdığı məktubu örnək verə bilərəm. Bu məktub belə başlamaqdadır:

“Soultan Bayezit Theu chariti Basileus kai Autokrator (ton Romaion) ampotron ton epeiron Asias te Europes kai ton hekses... esteilan anthropous ton eis ten Poli... En Konstantinoupolei, meni Apriliou 7”.

Bu cümlələrin anlamı budur:

“Sultan Bəyazid, tanrının icazəsi ilə Asiya və Avropa qitələrinin və dünyanın geri qalanının (rumların) Basileus və Autokratı... onlar bəzi adamlarını şəhərə (eis ten Poli=İstanbul) göndərdilər... Konstantinopolisdə aprel ayının 7-də imzalandı.”

Yuxarıdakı mətn heyrətamizdir, çünki türkcənin yunancadan əldə etdiyi bəzi alınmaları göstərməkdədir. Bunlara örnək, yunancadakı “te” (Asias te Europes) bağlayıcısından gələn “də” (da) = “və” bağlayıcısı ya da İstanbul adının köküdür (“istinboli) olaraq tələffüz edilən “eis ten Poli”, yunancada “şəhərə” anlamına gəlməkdədir). O dönəmdə tarixin izlədiyi imzada da göründüyü üzrə, “Konstantinopolis” rəsmi adlandırılması da işlədilməkdə idi. Ayrıca məktub sultanın özünü xələfi saydığı Bizans imperatorlarının ünvanını eynilə işlətdiyini göstərməkdədir: sultan özü üçün rumların “kral” və “imperator”u anlamına gələn və yunancada “vasilevs” və “avtokrator” şəklində tələffüz edilən ünvanı istifadə etməkdədir. Son olaraq, eyni antik çağın yunanları kimi Egey dənizinin günbatar sahilinə “Avropa”, gündoğar sahilinə “Asiya” deməkdədirlər ki, bu da Egey dənizinin Arabölgə üçün təşkil etdiyi mərkəziliyi vurğulamaqdadır. Bizanslılar Asiyaya, yunancada şərqi ifadə edən “Anatole” adını da verirdilər ki, bu da sonradan türkcədə “Anadolu” şəklini alacaqdı. Bax osmanlılar imperiyanın iki ağciyəri olan Rumeli (Avropa) və Anadolunun (Asiya) oluşdurduğu bu coğrafiyada otururdular. “Və dünyanın geri qalanı” anlamına gələn “kai ton hekses” cümləsi ilə də oykumena imperiyası qavramını yenidən istifadə edirdilər.»

Dimitri Kitsikis, Türk-Yunan İmparatorluğu. Arabölge gerçeği ışığında Osmanlı Tarihine bakış – İstanbul, İletişim Yayınları, 1996. (The Turkish-Greek Empire. An inquiry into Ottoman History through the prism of the Intermediate Region), səh. 58-60.

Comments