Dağıstanda 1738-ci ilə aid Azərbaycan türkcəsində məktub


Dilimizin Dağıstanda millətlər arası ünsiyyət vasitəsi olması barədə oxumuşuq, ancaq örnəklərini bir çoxumuz görməmişik. Aşağıdakı məktub Dağıstanın Cüngütey bəyliyi hakimi Əhməd xanın qızılbaş boyunduruğundan çıxıb rus boyunduruğuna girmək üçün Qızılyardakı rus komendantı N.A. Buninə 1738-ci ildə yazdığı məktubun mətnidir:


1. İzzətlü, səadətlü, devlətlü, şəcaətlü, mərhəmətlü, şifqətlü əziz dostumız Qızlar-qalasını hakimi olan İmrator Əzimi Padişahımızı

2. vəkil ixtiyarı və əmin itimadı olan şəcaətlü bayar huzürlərinə dərün dildən və candan salamlar

3. və dualar qılındıqdan soňra, bundan əqdəm Solaq-qalası məmur ikən, yenaral əzim qavaleri-ənşeft

4. Levaşev həzrətləri ilən müvafəqə və müsadəqə və müqaləmə edüb, imrator əzim uluğ padişahımıza

5. doğrılıq ilən xidmət etmək muradımız ilən, əmanət vermiş edik – Zavzan qarındaşımızı. Nagəhan

6. imrator əzim padişahıməna ukazı ilən, Solaq-qalası xarab edüb, Qızlar-qalasın bina edüb, intiqal

7. olunub, bir tərəfdən qızılbaş zühur edüb, aramıza əhvallar ixtilat olunub, bu anə varınca muradımız

8. arzu etmək taəxir olundı. Şimdi, əgər bizim padişaha qul olmaq və xidmət etməklərımızı məqul

9. və məqbul görüb, və amanatımızı daxı məqul görsəgiz, imrator əzim padişahımıza arzumız irsal

10. və iblaq edüb, bizə padişah şifqəti və əlafəsi olur isə, bizə məlum edəsiz. Necə ki

11. əyyam qədimdə büyük babalarımız xidmət zühurə gətürmişlər, biz daxı onlardan ziyada xidmət

12. edəriz. Əvvəldən və axıra, bu anə varınca, bir vəchilə padişaha xainlıq və xaramlıq bizdən zühur etməyüb,

13. bundan soňra daxı zühur olmaz; doğrı itiqadımız, bilüb, bizə bir səhih cavab yazub, işbu hamil

14. varaqımız olan Sosuruqa-ağaydına təslim irsal buyurasız. Baqi siz bilürsiz.


Əl-muxlis:

Əhmədxan-bəy

vali vilayət Cüngütey

və Öxli və

Qüləçmə

və sair

qura. 

Comments