Faruk Sümer Səfəvi dövlətinin hüviyyəti haqqında


Padşah-i Qızılbaş, Üməra-yi Qızılbaş, Ləşkər-i Qızılbaş, Sipah-i Qızılbaş, Qaziyan-i Qızılbaş, Dövlət-i Qızılbaş...


Səfəvi dövrü mənbələrində dövləti quran və onu yaşadan türk ünsürünə, Anadoluda olduğu kimi, qızılbaş və türk (cəmi ətrak) adları verilir, yerli xalq ilə dövlətin mülki təşkilatında xidmət eləyən iranlılara tacik (cəmi tacikan yaxud tacikiyyə) deyilirdi.


Dövlət xidmətindəki taciklər heç bir zaman Səlcuqlu dövlətində olduğu kimi dövlətin siyasi həyatında mühüm rollar oynamayıblar. Səfəvi dövlətində nə Səlcuqlu dövründə olduğu kimi, Əmid-ül-mülk Kündüri, Nizam-ül-Mülk, Şəmsəddin-i İsfahani, Müin-üd-din-i Pərvanə və hətta moğulların Şəmsəddin Məhəmməd-i Cüveyni, Rəşidəddin və Tacəddin Əli Şah kimi dövlətin siyasi həyatında söz sahibi və ya dövlətə hakim olmuş, taciklərdən böyük şəxsiyyətlərə rast gəlinə bilər.


Göndərilən səfirlər də türk əmirlərindən seçilirdi. Səfəvi [tacik] vəzirlərinin başlıca vəzifələri maliyyə məsələləri ilə məşğul olmaq idi. Xəbərləşmə işlərini də taciklər yürüdürdü.

Bəhs edilən bu türk və tacik ayrımı rəsmi vəsiqələr ilə tarixi və ədəbi əsərlər başda olmaq üzrə o dövrə aid bütün qaynaqlarda görünür. Bu belə olmaqla yanaşı bir çox qaynaqların da şahidlik etdikləri kimi, Səfəvi dövründəki [qızılbaş] türk ünsürü yerlilərə, qədim ənənəyə uyaraq, daha çox “tat” deməkdə idi. Bunun çox əski bir türkcə söz olduğu və “türk olmayan”, “türkcə danışmayan” mənasına gəldiyi məlumdur. Türk və tat və yaxud taciklər arasında fərq yalnız dilə aid deyil, ruhi davranışlarında, adət və ənənələrində, geyimlərində və hətta dini anlayışda da görünürdü.


Türk ünsürü özlərinin türkmənlərin nəvələri olduqlarını bilir və bunun şüurunu daşıyırdı. Qızılbaş sözünü onlar öyünərək daşıyırdılar. Bu deyim təkcə dövlətin hərbi baxımdan söykəndiyi türk ünsürünü ifadə etmirdi (Təvaif-i Qızılbaş, Padşah-i Qızılbaş, Üməra-yi Qızılbaş, Ləşkər-i Qızılbaş, Sipah-i Qızılbaş, Qaziyan-i Qızılbaş), onun qurduğu və yaşatdığı dövlətə “Dövlət-i Qızılbaş” və hakim olduğu yerə də “Ölkə-i Qızılbaş” deyilirdi.


Faruk Sümer, Safevî Devletinin kuruluşu ve gelişmesinde Anadolu Türklerinin rolü: Şah İsmail ile halefleri ve Anadolu Türkleri. 2. Baskı. ― Ankara: Türk Tarih Kurumu Basımevi, 1999, səh. 149-150.


Comments