Kazım Karabekirin bolşevik işğalına dəstək olmaları üçün Nuri və Xəlil paşalara məktubu



«Karabekir, 17 mart 1920-ci il tarixində Azərbaycanda olan Nuri və Xəlil paşalara bir məktub yazmış, İstanbulun işğalı ilə “Xilafət-i İslamiyyə və Səltənət-i Osmaniyyə ruhundan zərbələnmişdir” dedikdən sonra Qızıl Ordunun sərhədlərimizə söykənməsi üçün gərəkli olanları etmələrini istəmişdir:
Bolşevizmin onsuz da hazır olan məmləkətimizə və hüdudlarımıza birbaşa söykənməsi üçün dərhal Qafqazların istilası və hətta bolşeviklərin kiçik bir qüvvə ilə Azərbaycana gələrək azərbaycanlılarla bərabər hüdudumuza doğru hərəkəti halında məqsədin təmininə çox kafi olacaqdır...
Azərbaycan və Dağıstanda bolşeviklik fikrinin hakim olması və lazım gələrsə Batum bolşeviklərinə yardım edilə bilməsinin Gürcüstanın da bolşevik zümrəsinə idxalının təmin buyrulması çox münasib olar.»

Emel Akal, Moskova-Ankara-Londra Üçgeninde. İştirakiyuncular, Komünistler ve Paşa Hazretleri. ― İletişim Yayınları: İstanbul, 2013, səh. 44.

Comments