- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
«Bunun birlikdə
N. Yorqa digər bir əsərində, 15-ci əsr Türkiyəsinin, hətta hələ II Murad
zamanında belə, Bizans imperiyasının müsəlman rənginə boyanmış yeni bir şəkli
olduğunu iddia etmək surətilə yuxarıdakı iddiasını bir dərəcəyə qədər nəqz
etmişdir (Les voyageurs français dans l'Orient Européen, s. 14). Yenə eyni
yazar, 16-cı yüz illikdə tamamilə imperialist bir mahiyyət alan Qanuni Süleyman
Türkiyəsindən bəhs edərkən də, Bizans mədəniyyətinin islamiyyətlə ittifaq etmək
yolunu taparaq İstanbulda yeni bir şəkil altında davam etdiyini söyləyir və
Qanuni Süleymanın türk millətinin ənənələrinə tamamilə yad bir mədəniyyətdən
ilham aldığını və Bizansı “təqlid deyil, sanki intihal etdiyini” əlavə edir
(eyni əsər, s. 21-22; Etudes roumaines, Paris, 1923, s. 51). Digər iki əsərində
də, başqa bir münasibətlə, Osmanlı dövlətinin bir “müsəlman Roma imperiyası”
olduğunu söyləyir (Une vingtaine de voyageurs dans l'Orient Européen, Paris,
1928, s. 4; Relations entre l'Orient et l'Occident au Moyen- Âge, Paris, 1923, s. 181).»
M. Fuad
Köprülü, Bizans Müesseselerinin Osmanlı Müesseselerine Tesiri. — İstanbul:
Ötüken Neşriyat, 1981, səh. 17.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment