Müzəffərəddin şah Qacar: Azərbaycan dünyada hər şeydən çox sevdiyim evimdir

 

«Müzəffərəddin şah tərəfindən, – indi, artıq Məhəmmədəli mirzənin vəliəhd elan edilməsi baş tutduğu bir vaxtda, şahın köçməsindən bəri de facto olduğu kimi, eynilə de jure də daimi olmuş, – Azərbaycanın idarəçiliyi oğluna verilərkən, yeni şah, mətnini Təbrizdə basılan İran qəzeti “Nasiri”də tapdığımız, son dərəcə xarakterik bir məktub ünvanladı. Görünür, yeni şah oğlunu öz xalqını sevdiyi qədər səmimi sevir və hakimiyyətinin dayağını terrorda və xalqa aşılanan qorxuda görən asiyalı despotlardan uzaq olduğu qədər heç nədən bunca uzaq deyil. Budur, səmimiliyi sadəliyindən belə görülə bilən həmin qısa məktub:

“Allah-təala, xalqımı mənə əmanət edərkən, məni ona çoban etmək istədi. Allah qarşısında bütün gücümü xalqımın xoşbəxtliyinə və firavanlığına sərf etməyə borcluyam. Etizadüssəltənə – mənim əziz oğlum, Azərbaycan isə – dünyada hər şeydən çox sevdiyim evimdir. Ona görə də ən yaxşı evimi əziz oğluma tapşırıram. O, hər bir azərbaycanlı üçün ata olmalıdır. Mən özüm otuz yeddi illik hakimiyyətim dövründə azərbaycanlılarla ata kimi davranmışam. Etizadüssəltənə mənim nümunəmə uyğun hərəkət etməlidir.”»


Неофициальная часть. М. Ш., Тифлис, 4-го июня 1896 г. // Кавказ, № 147. — Тифлис, 1896, 5 Июня.


Comments