- Get link
- X
- Other Apps
Nadir şah Afşarın və Ağa Məhəmməd xan Qacarın ruhanilərin torpaqlarını müsadirə edərək köçərilərə verməsi
- Get link
- X
- Other Apps
«İran torpaq mülkiyyəti xəzinə (xalisə), məscid və ruhanilər (vəqf), xüsusi şəxslər (ərbabi) və nəhayət, feodal haqqı əsasında xəzinədən alan şəxslər arasında bölüşdürülür.
Dövlət torpaqları indi İranın böyük bir hissəsini əhatə edir; əksəriyyətinin mənşəyi son zamanlara aiddir, dəqiq desək, keçən əsrdə, afşar qəsbkarı Nadir şah və daha da çox, indi hökm sürən Qacar sülaləsinin qurucusu, şahların taxtında onun ardınca gələn Ağa Məhəmməd xan səylə məscidlərin və din xadimlərinin, habelə, fərdi şəxslərin torpaq mülkiyyətini əllərindən almağa başladılar. Şəxsi mülkiyyətin müsadirə edilməsi hazırda da davam edir, buna görə də dövlət torpaqlarının sahəsi hər il artır.
Şahlar feodal qaydaları əsasında dövlət torpaqlarının bir hissəsini müxtəlif köçəri tayfalara verirdi; bu torpaqlara sahib olmağın müqabilində köçərilər şah qoşunlarına atlı birliklər verməli və ya dövlətin sərhədlərini qorumalı idilər. Bu şəkildə, məsələn, bəzi kürd tayfaları yurdlarından Xorasana köçürülmüş, burada onlara torpaq ayrılmış, onlar isə bölgə əhalisini türkmən basqınlarından qorumalı idilər; indi Rusiya ilə müharibə ehtimalına qarşı keşikçi olaraq xidmət edirlər. Qərb sərhədində müxtəlif ərəb, kürd və türk tayfaları da eyni vəziyyətdədirlər.
Nadir şah və Ağa Məhəmməd xanın müsadirələrinə baxmayaraq, İrandakı ruhanilərin, daha doğrusu, məscidlərin torpaq mülkiyyəti hələ də nəhəng əraziləri əhatə edir. Dindar iranların mövqufatı və vəsiyyətləri sayəsində hər il artır; bundan başqa, tez-tez məscidlər bu və ya digər səbəbdən mülkləri müsadirə olunmaqla üzləşən İran məmurlarından da hədiyyə olaraq torpaq alırlar; bu halda, sonuncular bunun üçün müəyyən bir illik ödəmə razılaşdırırlar. İrandakı məbəd əmlakının nə dərəcədə böyük olduğunu, bir səyyahın qeyd etdiyi və 60 min tümən pul və 10 min xalvar (180 min pud) çörəklə hesabladığı Məşhədin İmam Rza məscidinin gəlir rəqəmi göstərir.»
Михаил Львович Томара, Экономическое положение Персии: Отчет чиновника особых поручений Департамента Торговли и Мануфактур М.Л. Томара, командированного в 1893-94 гг. в Персию для исследования положения русско-персидской торговли. — Санкт-Петербург: тип. В. Киршбаума, 1895, səh. 3-4.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment