Osmanlılar farslardanmı törəmişdilər?


Osmanlıların Əhəməni soyundan olduğu deyilən aşağıdakı yazı parçası Mixail Kritobulosa aiddir. İmbros adasından olan və 1456-cı ildə bu adanı idarə etməyə başlayan Kritobulos on illik hakimiyyətinin ardından adanın Venesiyanın əlinə keçməsi ilə oradan İstanbula qaçmış, həyatının sonlarını isə Afonda bir monastırda keçirmişdir. Kritobulosun “Historia” adını verdiyi əsəri Fateh Sultan Məhəmmədin 1451-1467-ci illər arasındakı həyatından və səfərlərindən bəhs edir. Osmanlı sultanını bolca mədh edir, onu Makedoniyalı İsgəndər, Pompey və Yuli Sezarla bir tutur, dərin zəkalı, dünyagörüşlü, ədalətli və bütün zamanların ən üstün rütbəyə sahib hökmdarı adlandıraraq mədhiyyədə mübaliğəyə varır. Şübhəsiz Kritobulos əsərini ithaf etdiyi Osmanlı sultanının şəfqətinə nail olmaq məqsədilə yazmışdır. Kritobulosun bununla hər hansı bir adanın hakimliyini almaq istədiyi düşünülür. Əlbəttə ki, hökmdarın inayətinə sığınmaq üçün yazılan bir əsərdə onun soy-kökü haqqında sultanın qəzəbinə səbəb olacaq bir iddiada buluna biləcəyini ehtimal etmək ağlasığmazdır. Fateh Sultan Məhəmməd üçün yazılan bir əsərdə Osmanlıların əsil-nəcabətinin farslara söykəndiyinin deyilməsi bu baxımdan müstəsna önəmə sahibdir:

 

«Aləmin yaradılışının 6959-cu ilində (miladi 1451) II Sultan Murad vəfat etdi. Yaşı əlli iki olub otuz bir ilini padşahlıqda keçirdi. Kərəmi bol, yüksək səciyyəli, cəsur, heybətli və əsgər komandanlığında bacarıqlı idi. Əsərləri və gördüyü işlər seçilmiş və bəyənilmişdir. Sultan Murad Atomanilərin şərəfli ailəsindən olaraq əsil və soyu təmiz bir padşah idi. Bu Osmanlılar çox əski Əhəmənilər və Farslılar soyundan meydana gəlmişdir.»

 

Kritovulos, Tarih-i Sultan Mehmed Hân-ı sâni (İstanbul'un fethi); çev. Karolidi; Sadeleştirerek Türk harflerine çevirip notlayan Muzaffer Gökman. — İstanbul: Kitapçılık Ticaret Limited Şirketi Yayınları, 1967, səh. 12-13.

 

 


Comments