Ruhanilərin rus işğalına dəstəyi



«Məscidlərdə ruhanilər xalqın qabağında gur səslə rus hökmdarına dua edir və silahına Allah tərəfindən bunca açıq şəkildə xeyir-dua verilmiş hakimiyyətə təslim olmağı təbliğ edirdilər. Ruhanilərin bizə qarşı belə əlverişli əhval-ruhiyyəsi ilk baxışdan bir qədər anlaşılmaz görünür, ancaq bu, mömin bir şiənin gözündə Qacar şahının Əli soyundan gəlmədiyi üçün qanunsuz hökmdar olması ilə açıqlanır, çünki, şiələrin teokratik nəzəriyyələrinə görə İran taxtına yalnız Əlinin soyundan gələnlərin haqqı çatır. Qacarlara yalnız tanrı cəzası olaraq dözmək və onların gücündən İranı şöhrətləndirmək üçün istifadə eləmək olardı, ancaq onlar ölkəni yağı hücumundan qorumağa yetərsiz qaldıqları andaca mömin şiənin onlara qulluq eləmək üçün heç bir əsası qalmırdı. Çoxu seyid olmaqla şiə ruhaniliyi xüsusən Qacarlara nifrət edirdi, çünki bir çoxu özünü Əlinin qanuni varisi Əli xələfi hesab edirdi və türk boyuna təbəəlik onları alçaldırdı, Qacarları yıxmış heybətli gücə təslimiyyətsə onlara Allahın hökmünün gerçəkləşməsi kimi görünürdü.»

Генерального Штаба Фенерал-Лейтенант Александр Петрович Щербатов, Генерал-фельдмаршал князь Паскевич. Т. 3. ― Санкт-Петербург: тип. лит. Р. Голике, 1891, səh. 21.

Comments