- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
Orta əsrlərdə özünəməxsus milli dini-ideoloji yolu olan çox az sivilizasiya tapılar, biz onu Elxanlı dövründən qurmağa başlayan millətlərdən biriyik. Şeyx Səfiəddin Ərdəbili qızılbaş yolunun Azərbaycan mərkəzli təməllərini 700 il qabaq miras qoyub, bunu onun mənqəbəsi Səfvət əl-səfada oxuyuruq:
Fərrux Qəvval dedi: «Həzrət Şeyx [Səfiəddin Ərdəbili] buyurdı kim, tüfuliyyət çağında vaqiədə gördüm kim, Qaf [Qafqaz] dağınun üstində idim. Bir uzun, enlü qılıc belümdə idi və bir səmur börk başımda. Öz-özümə fikir eylədüm kim, Pirə Cəbrayılun oğlına börk ilə qılıc nə nisbət? Və belimdən qılıcı çizmək istərdüm, çizməz idi. Nə qədər kim, cəhd ilə səy eylədüm, faidə verməz idi. Özümə dedim kim, çün belimdən qılıc açılmaz, başumdan börki götürəyim. Həman kim börki başumdan götürürdüm, bir günəş zahir olurdı kim, qamu aləm andan aydın olur idi. Çün genə başuma qoyardum, ol nur gözükməz olurdı. Dəxi başumdan götürürdüm, ol günəşün şövqi şüa verürdi. Üç qatladək böylə vaqe oldı. Çün həzrət Şeyx Zahidün xidmətinə yetüb ol duşun hekayəti ərz etdim, buyurdı kim, ol qılıc vilayətün hökmi və ol börk vilayətün nuridür.»
- Get link
- X
- Other Apps
Comments
Post a Comment