Təəssüb-i Qızılbaşiyyət



«Qızılbaşlar qulamlara xor baxırdılar və onları “qara-oğlu” adlandırırdılar. Qulamların içərisindən bəzi böyük sərkərdələr çıxsa da, İslam dünyasında Osmanlı yeniçərilərinin könülsüz hörmətini qazanmış yeganə qoşun olan qızılbaş ordusu ilə müqayisə ediləcək döyüş şövqünə sahib deyildilər. Əslində ağır süvarilər olan qızılbaşlar nəhəng bir silah arsenalını – yay, nizə, qılınc, xəncər və döyüş baltası daşıyırdılar; döyüşdə tac zirehli dəbilqə ilə əvəz olunurdu; yaraqlanan kimi ritmik “Allah! Allah!” nərəsini başladırdılar. Onların döyüş ruhunun əsası isə sərt tayfa sədaqəti (təəssüb-i oymaqiyyət; təəssüb-i qızılbaşiyyət) idi.»


R.M. Savory, KIZIL-BASH // Encyclopaedia of Islam, Volume V (Khe-Mahi). ― Leiden: Brill, 1986, p. 245.


 

Comments