- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
«Azərbaycan hökuməti Türkiyədən gələn zabitləri orduya qəbul etməyi qərara aldı. Gələnlər Parlamentin mühafizə alayına daxil olurdular. Bizə sonradan məlum oldu ki, onlar Azərbaycan hökuməti tərəfindən aldıqları maaşdan başqa, yalançı nümayəndələrdən də bir neçə dəfə çox rus pulu alırmışlar. Hökumətimiz işğal ərəfəsində son olaraq belə bir qərar verdi, hökumət təcili olaraq Bakıdan Gəncəyə çəkiləcək və Qızıl Ordu ilə müharibəyə Gəncədən başlanacaq. Bunun təmin edilməsi üçün maddi vəsaitə ehtiyac var idi. Azərbaycan Dövləti təcili olaraq Mərkəzi Bankın Gəncə şöbəsinə 100 milyon manat göndərilməsi əmri verdi. Pullar sandıqlara qablaşdırıldı və vağzala aparılaraq vaqonlara yükləndi. Qatar hərəkət edən anda parlamentin mühafizə alatından türk zabit, qısaboylu Xalid başında əlli-altmış silahlı dəstə vağzala gələrək qatarın hərəkətinə mane oldu.»
Nağı bəy Şeyxzamanlı, Xatirələr. Xatirə Ədəbiyyatı silsiləsindən 18-ci kitab. ― Bakı: “XAN” nəşriyyatı, 2016-cı il, səh. 156.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment