- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
«Dilin
saflaşdırılması və müasirləşdirilməsi fəaliyyəti ilə yanaşı, Rza şah Tehranda
öz hakimiyyətini mərkəziləşdirdikdən qısa müddət sonra qeyri-fars dillərin hər
hansı yazı formasında istifadəsi qadağan edildi və fars dili yeganə İran dili
kimi qanuniləşdirilmişdi. Etnik dillər ya dillərin “dialektləşdirilməsi”, yəni kürdcə
və luricə kimi dillərin fars dilinin “naqis ləhcəsi” kimi damğalanması ilə, ya
da türk dillərinin, yəni azərbaycanca (azəri) və ərəbcə kimi qeyri-hind-avropa
dillərinin “marjinallaşdırması” ilə sıxışdırılmışdı. Bütün etnik dillərin “üstün
aryan/fars irqi və mədəniyyətinə” assimilyasiya olması tələb olunurdu və əgər
onlar “aryan/fars irqinin üstünlüyünü” qəbul etməsələr, o zaman aşağılanmaya,
marjinallaşmaya və kənarlaşdırılmaya məruz qalmalı idilər. Məsələn, azərbaycanlı
aksenti Pəhləvilər sülaləsi dövründə (1925-1979) bütün ölkədə zarafatların obyektinə
çevrildi. “Türk-e-xər [türk eşşəyi]” deyimi və bir çox başqa irqçi zarafatlarla
yanaşı, mətbuatda azərbaycanlıların mənfi əks olunması, əgər [ümumiyyətlə] azlıq
icmasının insanlığını danmaq deyilsə, [ən azı] onları axmaq və sadəlövh göstərərək
azərbaycanlılara hədəflənmişdir ki, onun təsiri bu gün azərbaycanlıların
dilçilik ideologiyalarının və praktikalarının formalaşmasında müşahidə oluna
bilər.»
Seyed Hadi
Mirvahedi, The Sociolinguistics of Iran’s Languages at Home and Abroad. —
Palgrave Macmillan, 2019, səh. 8.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment