Qaramanoğlu Nasirəddin Məhəmməd bəy atasının qatili İldırım Bəyazidin qəbrini yandırmışdı

  

«Yaz gəlincə, Məhəmməd qərb vilayətlərindən əsgər yığdı və Ədirnəyə hərəkət edərək, Anadoluya keçdi və Bursaya gəldi. Şərq əyalətləri valilərinə, bütün əsgərləri ilə bərabər, gəlmələrini əmr etdi. Bu səfərdə məqsədi, Qaraman bəyinin bundan öncə Bursada etdiklərinin intiqamını almaq idi. Çələbi Məhəmməd, Likaoniya tərəflərinə yürüdü. Əvvəlcə də yazmış olduğumuz kimi, Qaraman bəy, Bursanı işğal etdiyi zaman, Çələbi Məhəmmədin atasının qəbrini açaraq, sümüklərini yandırmaq ədəbsizliyində bulunmuş idi. Bu hadisənin intiqamını almaq üçün səfərə çıxan Məhəmməd, keçdiyi yollarda bir çox şəhər və qəsəbələri yandırdıqdan sonra, Konyaya vardı və şəhəri zəbt etdi.»


Dukas, Bizans Tarihi. — İstanbul: İstanbul Fethi Derneği, 1956, səh. 70.

 


Comments