- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
«Nasizmin İrana
yönəlmiş siyasi təbliğatı 1933-cü ildə başladı. Nasist Partiyası Tehranda bir şöbə
yaratdı, tərəfdarlar yığdı və öz irqiləşmiş dünyagörüşünü yaydı. Alfred
Rozenberq kimi nasist ideoloqları qədim iranlıların aryan irqi fəzilətlərini bəlağətli
bir dillə mədh edirdilər. Yozef Gebbelsin Nasist Təbliğat Nazirliyi, müasir aryan
bağlarını və faşist icmalarını yürüşdə təsvir edən rəsmli İran-e Bastan dərgisini
səxavətlə maliyyələşdirirdi. Yüksək səviyyəli şəxslər dövlət səfərlərində oldular.
Hitler Gəncliyinin (Hitleryugend) başçısı Baldur fon Şirax 1937-ci ildə Tehrana
getdi və məclis sədri Həsən İsfəndiyari həmin il Berlinə rəsmi səfər etdi. Rza
şah, Veymar Respublikasını və onun İran kommunistlərini güman edilən sığındırmasını
dağıtmış adam Adolf Hitlerin pərəstişkarı kimi tanınırdı. Nasist qəzetləri
müvafiq olaraq Rza şahı İranın güclü adamı kimi mədh edirdilər.»
Jenkins, J.
(2016). Iran in the Nazi New Order, 1933–1941. // Iranian Studies, 49(5),
727-751, səh. 727-728.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment