1921-ci il çevrilişi: Britaniya və onun yerli işbirlikçiləri



«Rza Şah qəti bir Britaniya agenti idi. Mövcud dəlillərə və sənədlərə görə, 1921-ci il fevral çevriliş cəhdi Britaniya ordusu generalı Cənab Edmund Ayronsaydın jurnalist Seyid Ziyaəddin Təbatəbainin də iştirak etdiyi Rza Xanla görüşündə gizlicə hazırlanmışdı.

Britaniyalılar Qacarları kənarlaşdırmaq üçün bir qədər hərbi güc tələb olunduğunu qəbul etmişdilər. Rza xanın rəhbərliyi altında Qəzvində yerləşən yenidən təşkil olunmuş İran Kazak Diviziyasının işi bitirə biləcəyini gördülər. 18 fevral 1921-ci ildə Qəzvin kazakları irəliləməyə başladı; 20-də Rza və Ziya Tehran xaricində bir araya gələrək planlarını Britaniyalılarla koordinasiyada qurdular və 21-də Rza Tehrana girdi və demək olar ki, qansız bir çevriliş nəticəsində hakimiyyəti ələ keçirdi.

Dövlət çevrilişindən altı həftə sonra Savaş naziri təyin edildi və bu, 1923-cü ilə qədər Baş nazir də olanadək tutduğu yeganə vəzifə idi. Çevriliş həyata keçiriləndən Rza Xanın Pəhləvi sülaləsinin ilk şahı olaraq taxt-taca oturmasınacan təxminən beş il keçdi.

Bir gün Şapur C. mənə bir kitab göstərdi. Kitab geniş kütləyə əlçatan deyildi. Bir abzasda Hindistan hökmdarının (Hindistan Britaniya müstəmləkəsi olduğu zaman) İranı idarə etmək üçün uyğun bir agent seçməyi düşünüb-daşındığı deyilirdi. Onun göstərişinə əsasən, atası Ərdəşir Riporter, Rza Xanı ona tanıtdırıb, bu da Pəhləvi xanədanının əsasının, özü də sadiq bir Britaniya kuklası olan Ərdəşir Riporter tərəfindən qoyulması şəklində başa düşülə bilər.

Rza Xan və Britaniya səlahiyyətliləri bəzi vasitəçiləri kəfil etmişdilər. Onlardan ikisi Xan Əkbər və Şapur C.-nin atası idi. Hərb komandiri, vaxtilə müharibə naziri olmuş Əsəd Bəxtiyari üçüncü vasitəçi idi.

Rza Şah Britaniyalılara açıq şəkildə yaxınlaşmamaq üçün çox ehtiyatlı idi. Neft danışıqları və silah alınması kimi əhəmiyyətli bir görüş və ya bir hadisə baş verərsə, Baş nazirə Britaniya rəsmiləri ilə danışıqları aparmaq və anlaşmaları imzalamaq səlahiyyətini verirdi.»

 

Hussein Fardust, Ali Akbar Dareini, The Rise and Fall of the Pahlavi Dynasty: Memoirs of Former General Hussein Fardust. — Delhi: Motilal Banarsidass Publ., 1998, səh. 26-27.


Comments