Alman sənayesinin yüksəlişi və Britaniyada artan işsizlik


«İngiltərədə işsizliyin səbəbləri ilə bağlı bir çox izahlar verilirdi və verilir: “Hər bir partiyanın öz açıqlaması var,” – deyə Kembell bildirir. London işçiləri səbəbi yoxsul əcnəbilərin və kənd işçilərinin axınında görməyə meyllidirlər. Lankaşir toxucuları, yerli işçinin bir ovuc düyü və bir neçə mis sikkə üçün bütün ili gün boyu 18-19 saat fasiləsiz işləməyə hazır olduğu Bombeydəki toxuculuq fabriklərinin inadcıl rəqabətindən danışırlar. Digər toxucular bimetallizm ehtiyacından bəhs edirlər. Bredford, Lids, Nottinqem, Lester və Northemtondakı işçilər işsizliyin səbəblərini Mak-Kinlinin qadağan edici tariflərində, alman və fransız mallarının daxili ingilis bazarlarına soxulmasında və neytral bazarların itirilməsində görürlər.»

 

Дионео (Исаак Владимирович Шкловский), Из Англии. // Русское богатство. № 1 (янв.). — Санкт-Петербург: Типография Первой Спб. Трудовой Артели, 1908, səh. 5.

 


Comments