- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
«Sözünə
sistemli şəkildə əməl etməyən şahın bu hərəkətləri əyaləti get-gedə daha çox
qıcıqlandırırdı. Uzun müddət İranın paytaxtı olan İsfahanın əhalisi bəxtiyarilərlə
birləşərək Tehrana yürüşə hazırlaşırdı. Sipahdarın rəhbərliyi altında olan konstitusiyaçılar
da Rəştdən oraya yola düşməyə hazırlaşırdılar, Təbrizdən isə Səttar xan öz fədailəri
ilə hərəkətə keçməli idi. Ancaq bu zaman general Snarski Təbrizi tutdu, Səttar
xan Osmanlı konsulluğuna sığındı, Təbrizdən Tehrana yürüş isə baş tutmadı. General
Snarskinin bunun üçün nə etdiyi dəqiq bilinmir. Lakin Səttarın Sipahdarla birləşməyə
gedə bilməməsi şah hökumətinin hakimiyyətini uzatdı.
Təbriz
konstitusiyaçılarının hərəkətini iflic edən general Snarskinin dəstəsinin
ardınca bir rus dəstəsi də Rəştə çıxarılmış və Sipahdarın izi ilə Qəzvinə hərəkətə
keçmişdi. Ancaq Sipahdar özünə yetişməyə qoymadı və yeyin hərəkətlə İsfahan bəxtiyariləri
ilə birləşdi.»
С. Южаков,
Низложение шаха Али-Магомеда и новое правительство в Персии. // Русское
богатство 1909, № 7 (июль). — Санкт-Петербург: Типография Первой Спб. Трудовой
Артели, səh. 80.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment