- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
«1917-ci ilin
oktyabrındakı Rus inqilabı və Osmanlı qoşunlarının Mesopotamiyada məğlubiyyəti
və 1918-ci ildə britaniyalılar tərəfindən fəth edilməsi, faktiki olaraq İranın Britaniya
tərəfindən şərqdən, cənubdan və qərbdən mühasirəyə alınması ilə nəticələndi. Britaniya
qoşunları bölgədəki üstünlüyündən istifadə edərək şərqdən və qərbdən İrana
hücum etdilər. Əsas basqın 1918-ci ilin aprelində baş verdi və Azərbaycan əyaləti
istisna olmaqla bütün ölkə britaniyalılar tərəfindən işğal edildi.
Britaniyalıların
1918-ci il hərbi basqını və işğalı İran tarixində başlıca hadisədir. Sonrakı
altmış il ərzində İran faktiki olaraq müstəqilliyini itirdi. Təxminən iyirmi
beş il (1918–42) İran tamamilə Britaniya tərəfindən idarə edilmişdi və bundan
sonra 1979-cu il İslam inqilabına qədər İran ABŞ-ın hökmranlığı altına düşdü.
Tarixi əhəmiyyətinə
baxmayaraq, britaniyalıların 1918-ci il basqını ədəbiyyatda nisbətən az diqqət çəkib.
Ən əvvəlindən bəri, britaniyalılar İrana basqınla ilə bağlı müstəsna bir gizlilik
saxladılar. Danster Ekspedisiya Qoşunları deyilən Britaniyanın əsas işğalçı
qüvvəsi səssiz qoşunlar adlandırılmışdı, çünki, hətta britaniyalıların qərargahının
yerləşdiyi Bağdadda da onun varlığının özü belə açıq şəkildə müzakirə oluna
bilməzdi. Görünür, bu susqun yanaşma bu günə qədər davam etmişdir. Bu dövrlə
bağlı bir sıra nisbətən yeni kitablarda bu mövzuda çox az məlumat tapılır. Britaniya
qeydlərinə əsaslanan başqa bir araşdırmada, Britaniya işğalçı qoşunu, niyyəti İranı
“bolşevik təhdidindən” qorumaq olan nisbətən dost bir qüvvə olaraq təsvir
edilir, lakin İran üçün belə bir təhdid haqqında Amerika diplomatik
missiyasının Tehrandan siyasi və hərbi hesabatlarında çox az etimad və ya hətta
qeyd tapılır.
Hərbi nəzarəti ələ
alan britaniyalılar, Samsam-üs-Səltənə kabinetinin çöküşünü və 1918-ci ilin avqustunda
Vüsuq-üd-Dövlə, Həsən Vüsuqun baş nazir təyin edilməsini təşkil edərək siyasi məngənələrini
daha da dərinləşdirməyə girişdilər. Vüsuq hökuməti britaniyalıların, İranı və
onun iqtisadi qaynaqlarını, xüsusən də neftini daimi nəzarətə götürmək və İranın
iqtisadi inkişafını Britaniya üçün əlverişli istiqamətə yönəltmək niyyətində
olduğu Britaniya arxalı bir sivil diktatorluq olaraq xarakterizə edilə bilər. Rəsmi
Britaniya nəzarəti 9 Avqust 1919-cu il tarixli İngilis-İran Konvensiyası vasitəsilə
əldə edilməli idi. Xalqın britaniyalılara və təklif olunan anlaşmaya qarşı şiddətli
əleyhdarlığı ilə qarşılaşdıqda, 1920-ci ilin əvvəlində anlaşmanın həyata
keçirilə bilməyəcəyi və Vüsuqun mülki diktaturasındakı təcrübənin uğursuz olduğu
aydın oldu.
Britaniyanın İran və onun resurslarına təsirli və uzunmüddətli nəzarəti hərbi diktaturanın qurulması ilə əldə edildi. Bu hərbi diktatura, 21 fevral 1921-ci ildə baş verən, kəndli mənşəli, adsız-sansız və demək olar savadsız bir kazak zabitini İranın sonrakı iyirmi il ərzində hərbi diktatoru edən çevriliş nəticəsində təsis edildi. Bu adam Rza xan idi. 1925-ci ildə başqa bir Britaniya çevrilişi ilə Qacar sülaləsi ləğv olundu və Rza xan İran şahı edildi. O, avqust ayında Müttəfiqlərin işğalının ardınca 1941-ci ilin sentyabrında taxtdan imtina etmək məcburiyyətində qaldı və Britaniya gəmisində və Britaniyanın himayəsi altında çıxıb getdi.»
Mohammad Gholi
Majd, Great Britain & Reza Shah. The Plunder of Iran, 1921-1941. ―
Gainesville: University Press of Florida, 2001, səh. 1-2.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment