Məşrutədən istifadə edən Osmanlının Azərbaycan torpaqlarını işğalı


«İnqilabın nəticələri İranın beynəlxalq əhəmiyyətində də son dərəcə əlverişsiz əks olundu. Ölkədə başlayan bu qarışıqlıqdan istifadə edərək osmanlılar, əskidən bəri hər iki müsəlman dövləti arasında mübahisə mövzusu olmuş, sərhəd bölgələrini ələ keçirməyə başladılar və Rusiyanın Məhəmməd Əli şahın taleyinə laqeyd münasibətinə əmin olduqları andaca işğallarını əskidən bəri İranın əlində olan və osmanlıların daha əvvəl iddialarını genişləndirməyə cəsarət etmədikləri bölgələrə yaydılar. Osmanlıların işğal etdiyi ərazilər 10.000 kvadrat kilometrdən çox ərazini əhatə edir və işğal olunmuş ərazilərin əksəriyyətində artıq Osmanlı idarəsi tətbiq edilib. Osmanlıların hücum hərəkatı Qafqaz sərhədindəki vəziyyətə son dərəcə əlverişsiz təsir göstərdi və sonrakı işğalların qarşısını almaq üçün imperator hökuməti, işğal təhlükəsi ilə üzləşə biləcək Azərbaycanın bəzi qəzalarını dəstələri ilə tutmaq məcburiyyətində qaldı.»

 

Зиновьев И.А., Россия, Англия и Персия. — Санкт-Петербург, 1912, səh. 166-167.

 

 


Comments